Abaşiri həbsxanası (yaponca: 網走刑務所, Hepbörn: Abashiri Keimusho?) — Hokkaydo prefekturasının Abaşiri şəhərində yerləşən, 1890-cı ildə açılan həbsxana. Yaponiyanın ən şimal həbsxanası Abaşiri çayının yaxınlığında və Tento dağının şərqində yerləşir. On ildən az cəza alan məhkumlar orada saxlanılırdı.[1] Həbsxananın qədim hissələri 1983-cü ildə Tento dağının ətəyinə köçürüldü və burada ölkənin yeganə həbsxana muzeyi kimi fəaliyyət göstərir.
Abaşiri həbsxanası | |
---|---|
![]() | |
![]() | |
44°00′59″ şm. e. 144°13′51″ ş. u.HGYO | |
Yeri | Abaşiri, Hokkaydo, Yaponiya |
Cari status | funksional |
Açılma tarixi | 1890 |
İdarə edən | Ədliyyə Nazirliyi (Yaponiya) |
![]() |
1890-cı ilin aprelində Meici hökuməti təcrid olunmuş Abaşiri kəndinə 1000-dən çox siyasi məhbus göndərdi və onları daha cənuba bağlayan bağlayan yollar çəkməyə məcbur etdi.[2] Abaşiri həbsxanası daha sonra özünün yetərli əkinçilik sahəsi olan həbsxana olmağı ilə tanındı və Yaponiyadakı digər başqa həbsxanalara nümunə göstərildi.[2][3]
Həbsxananın çox hissəsi 1909-cu ildə baş verən yanğın zamanı yanmış, lakin 1912-ci ildə yenidən qurulmuşdur. 1922-ci ildə indiki adını aldı. 1984-cü ildə həbsxana müasir dəmir-beton kompleksinə köçdü.[2]
1965-ci ildə çəkilən Abaşiri həbsxanası filmi həbsxananın məşhur turistik məkana çevrilməsinə böyük təsir göstərmiş oldu. Həbsxana həmçinin məhkumlar tərəfindən hazırlanan oyma taxta – nipopo (ニポポ?) gəlincikləri ilə məşhurdur.[4]
1983-cü ildə həbsxananın köhnə hissələri Tento dağının ətəyindəki bazasına köçürülür və Abaşiri Həbsxana Muzeyi (博物館網走監獄?) kimi fəaliyyət göstərməyə başlayır. Bu, ölkədəki yeganə həbsxana muzeyidir.[2] Muzeydə məhbusların iş, yaşam tərzini, onlara tətbiq edilən cəza və işgəncələri, həbsxananın gözətçi və işçilərinin həyatını əyani şəkildə görmək mümkündür. 2016-cı ildə muzeydə qorunan binalardan səkkizi Mədəniyyət İşləri Agentliyi tərəfindən Əhəmiyyətli Mədəni Mülkiyyət,[3][4] üçü isə Maddi Mədəni Mülkiyyət olaraq təyin edilmişdir.
Yoşie Şiratori 4 dəfə həbsxanadan qaçması ilə məşhurdur. O, 1944-cü ildə 3-cü dəfə Abaşiri həbsxənasından qaçmışdır. O, qandallarını və hücrə qapısındakı yoxlama çuxurunu miso şorbası ilə paslandıraraq zəiflətmiş və damdan qaça bilmişdir. Onun qaçışını əyani göstərən maket həbsxana muzeyində sərgilənir.[9]
1965-ci ildə çəkilən Abaşiri Həbsxanası filmi, həbsxananın yer aldığı məşhur yakuza film serialını ərsəyə gətirdi.
2012-ci il video oyunu Yakuza 5-dəki qəhrəmanlardan biri Taiqa Saejima Abaşiri həbsxanasından qaçır.
Qara siyahı televiziya serialının 2014-cü il bölümü olan "Mako Tanida" da bölümün titullu yakuza müdiri Abaşiri həbsxanasından qaçır.
2014-cü il Manqa seriyası Golden Kamuy, Abaşiri həbsxanasını süjetdə əsas məntəqələrdən biri kimi təqdim edir.
Vikianbarda Abaşiri həbsxanası ilə əlaqəli mediafayllar var. |