. Love.az

Abasbeyli - Wikipedia - Love.az

Ana Səhifə - Abasbeyli
Bu adın digər istifadə formaları üçün bax: Abbasbəyli.

Abasbəyli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Masallı rayonunun Yeyənkənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Abasbəyli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1]

Abasbəyli
39°01′00″ şm. e. 48°36′00″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 760 nəf.
Xəritəni göstər/gizlə
Abasbəyli xəritədə
Abasbəyli
Abasbəyli

Mündəricat

  • 1 Toponimiyası
  • 2 Tarixi
  • 3 Əhalisi
  • 4 Coğrafiyası və iqlimi
  • 5 İqtisadiyyatı
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Toponimiyası

redaktə

1933-cü ildə Dəvəçi və Sabirabad rayonları ərazisində də Abasbəyli kəndləri qeydə alınmışdır. Bu oykonimlər abasbəyli etnonimi ilə bağlıdır.[2]

Tarixi

redaktə

Kəndin tarixi XVIII əsrdən başlanır. XVIII əsrdən Viləş çayı kənarında məskən salmışlar. Sonralar çayın selindən qorunmaqdan ötrü çaydan bir az aralıda yerləşmişlər.

Əhalisi

redaktə

Əhalisi 760 nəfərdir.[3] Kənd əhalisini azərbaycanlılar təşkil edir.

Coğrafiyası və iqlimi

redaktə

Bu kənd Lənkəran ovalığında, Viləş çayı sahili və dağətəyi zonada yerləşir. Qonşu kəndləri şimal-şərqdə Masallı yolu üzərində Yeyənkənd kəndi, Cənubdan Xəlfələr, şimal-qərbdən Tatyan, cənub-şərqdən Allahyarlı ilə əhatə olunmuşdur. Abasbəyli kəndi suptropik iqlimdə yerləşir.

İqtisadiyyatı

redaktə

Kəndin öz iqtisadiyyatı demək olar ki, yoxdur. Əhalinin bir qismi əkinçilik, bir qismi heyvandarlıqla məşğuldur. Əhalinin bir hissəsi Rusiyada (əsasən Kazan şəhəri) ticarətlə məşğuldur.

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  2. ↑ Abasbəyli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.

Həmçinin bax

redaktə
Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Abasbəyli&oldid=8143493"
LOVE.AZ