Abaza Həsən Paşa (osman. ابازه حسن پاشا), həmçinin Qara Həsən Paşa və ya Cəlalı Həsən Paşa —XVII əsrin ortalarında Osmanlı bəylərbəyi və cəlali üsyançısı. O, Osmanlı hökumətinə qarşı iki üsyan qaldırmış, ikincisi və ən böyüyü 16 fevral 1659-cu ildə onun Hələbdə sui-qəsdə uğraması ilə başa çatmışdır. Abaza Həsən Paşa sədrəzəm Köprülü Mehmed Paşanı devirməyə məcbur etməyə cəhd göstərmiş, lakin uğursuz olmuşdur.[1]
Abaza Həsən Paşa | |
---|---|
osman. اباظة حسن پاشا | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 16 (26) fevral 1659 |
Vəfat yeri | |
Vəfat səbəbi | başın kəsilməsi |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Hərbi xidmət | |
Qoşun növü | Sipahilər |
Rütbəsi | bəylərbəy |
Böyük cəlali üsyançılarının sonuncusu olan Abaza Həsənin məğlubiyyəti Anadoluda uzun sürən qeyri-sabitlik dövrünün sona çatmasına səbəb olmuşdur. Vilayət 1622-ci ildə Abaza Mehmed Paşanın üsyanından sonra bəylərbəylər tərəfindən qaldırılmış üsyanlardan əziyyət çəkirdi.[2]