. Love.az

Abdulla Elekberov Bioloq - Wikipedia - Love.az

Ana Səhifə - Abdulla Elekberov Bioloq
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Abdulla Ələkbərov.

Abdulla Mustafa oğlu Ələkbərov (1912 – 1981) — Biologiya elmləri doktoru, professor.

Abdulla Ələkbərov
Doğum tarixi 1912
Vəfat tarixi 1981
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Elm sahəsi Herpetologiya
Elmi dərəcəsi Biologiya elmləri doktoru
Elmi adı Professor
İş yerləri BDU Onurğasızlar və onurğalılar zoologiyası kafedraları
Təhsili ADPU
Mükafatları

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi yaradıcılığı
  • 3 Əsas monoqrafiyası
  • 4 İstinadlar

Həyatı

redaktə

Abdulla Ələkbərov 1912-ci ildə anadan olmuş, Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil almışdır. A.Ələkbərov 1946–1967-ci ildə illərdə AMEA-nın Zoologiya universitetində baş elmi işçi vəzifəsində çalışmış, namizədlik və doktorluq dissertasiyalarını Leninqrad Dövlət Universitetində müdafiə etmişdir. Abdulla Ələkbərov 1967-ci ildən ömrünün sonlarınadək Bakı Dövlət Universitetində tədris işləri üzrə prorektor, Biologiya fakültəsinin dekanı, Onurğasızlar və onurğalılar zoologiyası kafedralarının müdiri vəzifələrində çalışmışdır.

Elmi yaradıcılığı

redaktə

Abdulla Ələkbərovun əsas tədqiqat sahəsi herpetologiyadır. Onun "Azərbaycanın suda-quruda yaşayanları və sürünənləri" (1978) adlı monoqrafiyası (rus dilində) nəşr olunmuşdur. A.Ələkbərov 80-ə qədər elmi məqalənin müəllifidir, 10 nəfər biologiya elmləri namizədi hazırlamışdır. Abdulla Ələkbərov "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və bir sıra medallarla təltif olunmuşdur.[1]

Əsas monoqrafiyası

redaktə
  1. Azərbaycanın suda-quruda yaşayanları və sürünənləri. Bakı, 1978

İstinadlar

redaktə
  1. ↑ Bakı Dövlət Universitetinin professorları. — Bakı, 2014
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Abdulla_Ələkbərov_(bioloq)&oldid=7403381"
LOVE.AZ