Abulbəyli (əvvəlki adı: Abilbəyli) — Azərbaycan Respublikasının Tovuz rayonunun Abulbəyli kənd inzibati ərazi dairəsində kənd.[3] 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Tovuz rayonunun faktiki mövcud olan Abilbəyli kəndi dəqiqləşdirmə qaydasında Bozalqanlı kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[4] 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Tovuz rayonunun Abulbəyli kəndi Bozalqanlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Abulbəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır.[5] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Abulbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Abulbəyli kəndinin ərazisindən 276,19 ha (bundan dövlət mülkiyyətində olan 55,92 ha, bələdiyyə mülkiyyətində olan 79,43 ha və xüsusi mülkiyyətdə olan 140,84 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir.[6]
Abulbəyli | |
---|---|
40°58′52″ şm. e. 45°37′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6011[2] |
Xəritəni göstər/gizlə
|
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[7] | 5293 | 2570 | 2723 |
2009[8] | ↗5936 | ↗2929 | ↗3007 |
Kənddə Abulbəyli kənd kitabxana filialı, Abulbəyli kənd Mədəniyyət Evi və Abulbəyli poçt şöbəsi (AZ6011) fəaliyyət göstərir.[9][10][11]
Kənddə Abulbəyli kənd 1 №-li və 2 №-li körpələr evi-uşaq bağçaları fəaliyyət göstərir.[12]
Kənddə 15 dekabr 2009-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100109 A2–97 olan Tovuz rayon məscidi dini icması fəaliyyət göstərir.[13]
Kənddə Abulbəyli kənd həkim məntəqəsi yerləşir.[14]