. Love.az

Adi Goy Ariqusu - Wikipedia - Love.az

Ana Səhifə - Adi Goy Ariqusu

Adi göy arıquşu (lat. Cyanistes caeruleus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin göy arıquşu cinsinə aid heyvan növü.

Adi göy arıquşu
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Telluraves
Klad:
Australaves
Klad:
Eufalconimorphae
Klad:
Psittacopasserae
Dəstə:
Sərçəkimilər
Klad:
Eupasseres
Yarımdəstə:
Oxuyan sərçələr
İnfradəstə:
Passerida
Fəsilə:
Arıquşları
Cins:
Göy arıquşu
Növ:
Adi göy arıquşu
Beynəlxalq elmi adı
  • Cyanistes caeruleus L., 1758[1][2][…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  559612
NCBI  156563

Mündəricat

  • 1 Xarakterik morfoloji əlamətləri
  • 2 Kateqoriyası və statusu
  • 3 Yayılması
  • 4 Növdaxili müxtəlifliyi
  • 5 Yaşayış yeri və həyat tərzi
  • 6 Qida spektri
  • 7 Təbii düşmənləri
  • 8 Cinsi statusu və çoxalma xüsusiyyətləri
  • 9 Növün fenologiyası
  • 10 Ontogenezi
  • 11 Reproduktivliyi
  • 12 Xromosom göstəriciləri
  • 13 Sayı və limit faktorları
  • 14 Biosenozdakı rolu
  • 15 İnsan həyatında rolu
  • 16 Qəbul olunmuş və qəbul edilməsi vacib mühafizə tədbirləri
  • 17 Növün qeydiyyat göstəriciləri
  • 18 İstinadlar
  • 19 Həmçinin bax

Xarakterik morfoloji əlamətləri

redaktə

Papağı, qanadları və quyruğu mavi rəngdə, beli yaşıl, alnı və yanaqları ağ, döşü və qarın hissəsi ağdır. Dişi fərdlər erkəklərdən bir qədər kiçikdir[3][4][5][6].

Kateqoriyası və statusu

redaktə

Çoxsaylıdır.

Yayılması

redaktə

Avropa və Asiyada yayılıb. Azərbaycanda isə Kür-Araz ovalığında, dağ–meşə qurşağında, ağac və kolluqlarda, bağlarda yayılıb[3][4][5][6].

Növdaxili müxtəlifliyi

redaktə

Politipik növdür. Dünyada 15, Azərbaycanda isə 2 yarımnövü (P. с. caeruleus, Linn, 1758; P.c. Satunini Zarudny, 1908) yayılıb[3][4][5][6].

Yaşayış yeri və həyat tərzi

redaktə

Dendrofil quşdur. Seyrək və xırda meşəliklərdə, kolluqlarda, bağlarda, çayboyu ərazilərdə yaşayır. Nəsilvermə dövründə cüt–cüt yaşayır. Ovetmə ərazisi 3000–7000 m²-dir[3][4][5][6].

Qida spektri

redaktə

Entomofaqdır. Bəzi hallarda bitkilərin toxumları ilə qidalanır. Yemi ağaclardan, kolluqlardan, yerdən və otların arasından əldə edir.

Təbii düşmənləri

redaktə

Azərbaycanda məlum deyil.

Cinsi statusu və çoxalma xüsusiyyətləri

redaktə

Monoqamdır. İldə 2 dəfə yuvalayır. Ağac koğuşlarında yuva qurur, I yuvada 9–12 yumurta, II yuvadakı yumurtaların sayı 6-8-ə qədər olur. Kürtyatma 12–14 gün çəkir. 16-18 gündən sonra balalar yuvanı tərk edir[3][4][5][6].

Növün fenologiyası

redaktə

Lələkdəyişmə bir qədər gec başlayır, sentyabrdan oktyabrın əvvəllərinə kimi.

Ontogenezi

redaktə

Bir yaşında cinsi yetişkənliyə çatır. Fərdi inkişafı rüşeym, bala, yuvinal və yetkin formalardan ibarətdir.

Reproduktivliyi

redaktə

İldə 2 dəfə çoxalır, I dəfə 9-12, II dəfə isə 6-8 yumurta verir[3][4][5][6].

Xromosom göstəriciləri

redaktə

Məlum deyil

Sayı və limit faktorları

redaktə

Limit faktoru kimi bu quşların yuvalama və yaşayış yerlərinin təbii fəlakətin və antropogen amillərin təsirlərinə məruz qalmasıdır.

Biosenozdakı rolu

redaktə

Çoxalma dövründə zərərli həşəratların və onların sürfələrinin tələf edilməsində xeyirlidir.

İnsan həyatında rolu

redaktə

Estetik və elmi əhəmiyyətlidir.

Qəbul olunmuş və qəbul edilməsi vacib mühafizə tədbirləri

redaktə

Avropa mühafizə statusuna və Bern konvensiyasına daxildir.

Növün qeydiyyat göstəriciləri

redaktə

Elmi fondlarda kolleksiyası saxlanır. Muzeylərdə nümayiş etdirilir.

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 1999.
  2. ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. ↑ 1 2 3 4 5 6 Q.T. Mustafayev. N.A. Məhərrəmova. Ornitologiya. Çaşıoğlu, 2005, 316 s.
  4. ↑ 1 2 3 4 5 6 D.Q. Tuayev. Azərbaycan quşlarının kataloqu, Bakı, 2000, s. 179–180.
  5. ↑ 1 2 3 4 5 6 Л.А. Портенко. Птицы СССР. Ч. III. М.: 1954, ст. 104-106.
  6. ↑ 1 2 3 4 5 6 Г.Н. Симкин. Певчие птицы. М.: 1990, ст. 352–362.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Adi_göy_arıquşu&oldid=6832494"
LOVE.AZ