. Love.az

Adil Qacayoglu - Wikipedia - Love.az

Ana Səhifə - Adil Qacayoglu

Atakişiyev Adil Qaçay oğlu (Adil Qaçayoğlu) — azərbaycanlı jurnalist.

Adil Qaçayoğlu
Adil Qaçay oğlu Atakişiyev
Doğum tarixi 3 iyun 1955
Doğum yeri Ağdam
Vəfat tarixi 4 may 2008 (52 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ→Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası jurnalist
Təhsili Jurnalistika, BDU
Fəaliyyəti jurnalist
Mükafatları

Həyatı

redaktə

Adil Qaçayoğlu 1955-ci il iyunun 3-də Ağdamda anadan olub. Orta məktəbi Balakən rayonunda bitirib. 1971–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. İlk iş yeri "Şən həyat" (indiki "Balakən") qəzeti olub.

1981–1991-ci illərdə o dövrün ən oxunan qəzetlərindən olan "Azərbaycan gəncləri"ndə çalışıb (müxbir, şöbə müdiri). Sonrakı illərdə "Həyat" (indiki "Azərbaycan"), "Yeni fikir", "Ülfət" qəzetlərində işləyib. 90-cı illərin ikinci yarısında populyar "Panorama" gündəliyinin baş redaktor müavini olub. Bundan sonra "Detektiv", "525-ci qəzet", "Yeni yüzil", "Bizim əsr", "Gün səhər", "Yeni Müsavat" qəzetlərində çalışıb. Müxtəlif mövzulu publisistik yazıların müəllifi, xüsusilə də futbol yazarı kimi tanınıb.

2008-ci il may ayının 4-də Bakıda vəfat edib.

Qarabağ mövzusunda silsilə yazılarına görə "Media açarı-2008"in təsisçilərinin xüsusi mükafatına — diplom və "Media açarı"na layiq görülüb. Elə 2008-ci ilin iyununda qələm dostlarının köməyi ilə nəşr olunmuş "Ağdam yuxuma girir…" kitabındakı yazılarının əksəriyyəti də Qarabağ mövzusundadır.

İki övladı var.

Xarici keçidlər

redaktə
  • Adil Qaçayoğlu vəfat edib (mediaforum.az) Arxivləşdirilib 2015-05-31 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Adil_Qaçayoğlu&oldid=7471945"
LOVE.AZ