Alakol — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd.[3]
Alakol | |
---|---|
40°54′26″ şm. e. 45°46′20″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6012[2] |
Xəritəni göstər/gizlə
|
Yerli əhalinin məlumatına görə, toponim "seyrək bitkili yer, addabudda kollu sahə" mənasındadır. Oykonim ala (böyük, geniş) və kol (vadi, dərə, hamar, duz, aran yeri) sözlərindən düzəlib, "geniş düzən, böyük aran yeri" deməkdir. Bəzi mənbələrdə Alagöl şəklində qeydə alınmış bu inzibati ərazi vahidində 1917, 1933, 1961-ci illərə aid məlumat kitablarına görə, Alagöl adı ilə bağlı 3 kənd olmuşdur: Alagöl, Alagöl Mülkülü, Alagöl Qırıqlı. Sonralar rayonun ərazisində gedən əsaslı planlaşdırma nəticəsində həmin kəndlər Alakol, Mülkülü və Düz Qırıqlı şəklində sabitləşmişdir.[4]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Zəyəmçayın sol sahilindən bir qədər aralı, Mamırtı (Kicik Qafqaz) dağının ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 3998 | 2009 | 1989 |
2009[6] | ↘3911 | ↗2024 | ↘1887 |
Kənddə Alakol kənd kitabxana filialı,[7] Alakol kənd Mədəniyyət Evi,[8] Alakol kənd klubu,[9] Alakol poçt şöbəsi (AZ6012)[10] fəaliyyət göstərir.
Kənddə Nurəddin Sadıqov adına Alakol kənd tam orta məktəbi və Alakol kənd 1№-li tam orta məktəbi fəaliyyət göstərir.[11][12]
Bundan başqa kənddə Alakol kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.[13]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Alakol həkim məntəqəsi yerləşir.[14]