“The Twilight Saga: Eclipse (Original Motion Picture Soundtrack)” Alatoran. Saqa: Tutulma filminin film musiqisi albomudur. Bu, filmlər seriyasının üçüncü musiqi albomu olmaqla 8 iyun 2010-cu ildə çıxarılmışdır. Bu dəfə də əvvəlki iki filmdə olduğu kimi film musiqisi Aleksandra Patsavasın prodüserliyi ilə hazırlanmışdır. Alboma daxil olacaq musiqilərin siyahısı 12 may 2010-cu ildə xüsusi MySpace açıqlaması ilə elan edilmişdir. 146.000 nüsxə ilə satılan albom “Billboard 200” hit-paradında ikinci yerdə debüt etmişdir.[1]
The Twilight Saga: Eclipse (Original Motion Picture Soundtrack) | ||||
---|---|---|---|---|
![]() Albomun üz qabığı | ||||
Yayımlanma tarixi | 8 iyun 2010 | |||
Janr | indi pop, alternativ rok, film musiqisi | |||
Müddət | 58:01 | |||
Leybl | Chop Shop/Atlantic Records | |||
Prodüser | Alexandra Patsavas | |||
Albom xronologiyası | ||||
|
Kompozisiyaların siyahısı albomun MySpace səhifəsində xüsusi bütün gün tədbiri zamanı açıqlanmışdı. Filmdə istifadə olunmuş mahnılardan, sırf film üçün yazılmış musiqilərə kimi, hər şeydə əvvəlki iki filmdə istifadə edilmiş təcrübəyə əsaslanılmışdır. Sia, The Black Keys və Si Lo Qrin kimi musiqiçilərlə yanaşı, əvvəlki iki filmdə olduğu kimi bu filmdə də Muse qrupunun mahnılarından istifadə olunmuşdur. Tutulma filminin musiqisi Oskar mükafatı laureatı olan bəstəkar Hovard Şor tərəfindən yazılmışdır.
# | Mahnı/İfaçı | Səhnə | Müddət |
---|---|---|---|
1 | "Eclipse (All Yours)" - Metric | Bağlanış titrlərinin ilk mahnısı. Bella və Edvardın ilk və son çəmən səhnələrində orkestral versiyada səslənir.. | 3:45 |
2 | "Neutron Star Collision (Love Is Forever)" - Muse | Kallenlərin evində buraxılış partisinin ikinci mahnısı | 3:50 |
3 | "Ours" - The Bravery | Kallenlərin evində buraxılış partisinin ikinci mahnısı | 3:47 |
4 | "Heavy in Your Arms" - Florence and the Machine | Bağlanış titrlərinin ikinci mahnısı | 4:44 |
5 | "My Love" - Sia | Edvardın Bellaya evlilik təklifi. | 5:10 |
6 | "Atlas" - Fanfarlo | Edvar Bellaya Ceykobla görüşməyə razılıq verir. | 3:27 |
7 | "Chop and Change" - The Black Keys | Rayli yağışlı gecədə bardan çıxır. | 2:25 |
8 | "Rolling in on a Burning Tire" - The Dead Weather | Viktoriya və Raylinin öpüşü | 3:53 |
9 | "Let's Get Lost" - Bek və Bat for Lashes | Bella Ceykobla görüşmək qərarı verir. | 4:10 |
10 | "Jonathan Low" - Vampire Weekend | Bella Ceykobla birlikdə motosiklda gedir. | 3:32 |
11 | "With You in My Head" - UNKLE ft. The Black Angels | Casper Kallenlər və canavar adamlara yenidoğulmuşlarla döyüşməyi öyrədir. | 4:43 |
12 | "A Million Miles an Hour" - Eastern Conference Champions | Ceykob məktəbdə Edvard və Bellanı sakitləşdirir. | 4:07 |
13 | "Life on Earth" - Band of Horses | Bella və Edvard yataqda uzanaraq nəyə görə onu çevirmək istəmədiyini müzakirə edirlər. | 5:30 |
14 | "What Part of Forever" - CeeLo Qrin | Bağlanış titrlərinin üçüncü mahnısı | 3:57 |
15 | "Jacob's Theme" - Hovard Şor | Film boyu Ceykobla bağlı səhnələrdə səslənir. | 2:27 |
# | Mahnı/ifaçı | Səhnə | Müddət |
---|---|---|---|
1 | "The Line" - Battles | Bella və Ceykobun görüşündən sonra Edvard sürətlə maşın sürür. | 5:05 |
2 | "How Can You Swallow So Much Sleep?" - Bombay Bicycle Club | Bella və Edvard, Maykın nitq hazırlamaq üçün Cessikaya kömək etdiyi masaya yaxınlaşırlar. | 3:00 |
3 | "Atlas" (The Time and Space Machine Remix) - Fanfarlo | 6:04 | |
4 | "What Part of Forever" (Johan Hugo Remix) - Cee Lo Green | 4:51 | |
5 | "Eclipse (All Yours)" [Acoustic] Metric (iTunes əvvəlcədən sifariş[2] və ya ilovemetric.com bonus musiqisi[3]) | 5:10 |
# | Mahnı/İfaçı | Region | Müddət |
---|---|---|---|
1 | "Magia y Deseo" - Jesse & Joy[4] | Meksika | 3:33 |
2 | "Eterno Pra Você" - Hori | Braziliya | 3:51 |
3 | "Edge of My Dreams" - Liza Mitçell | Avstraliya | 4:19 |
4 | "Don't You Mourn the Sun" - MiMi | İsveçrə | 3:46 |
İcmallar | |
---|---|
Tənqidçilərin qiyməti | |
Mənbə | Reytinq |
Allmusic | [5] |
Drowned in Sound | [6] |
Entertainment Weekly | (B+)[7] |
Rolling Stone | [8] |
“Metacritic”in məlumatına görə ortalama 76 bal alan alboma “əsasən müsbət rəylər verilmişdir.”[9] Ortalama 70 bal alan “Yeni Ay” film musiqisi albomundan fərqli olaraq, “Tutulma” albomu daha yaxşı qəbul edilmişdir, lakin, “Entertainment Weekly” “Yeni Ay” albomuna A, “Tutulma” albomuna isə B+ dərəcəsi vermişdir. Allmusic “Tutulma” albomuna 5 ulduzdan 4 ulduzla qiymət verərək, 5 ulduzdan 2 ulduz almış “Yeni Ay” albomundan daha yaxşı dəyərləndirmişdir.
Albom 146.000 nüsxə ilə satılaraq “Billboard 200” hit-paradında “Glee: The Music, Journey to Regionals” albomundan sonra ikinci yerdə debüt etmiş və həmin hit-paradda birinci yerdə debüt etməyən ikinci Alatoran albomu olmuşdur.[1] Həmçinin, “Tutulma” birinci yerə yüksəlməyən ilk Alatoran albomudur. Almaniyada albom dördüncü yerə kimi yüksəlmişdir. Meksikada beynəlxalq hit-paradda dördüncü, ümumi hit-paradda isə yeddinci yerə kimi yüksəlmişdir.[10] 2010-cu ilin dekabrına kimi albom ABŞ-da 517.000, bütün dünyada isə milyondan çox nüsxə ilə satılmışdır.
Hit-parad (2010) | Yüksəldiyi yer |
---|---|
German Albums Chart[11] | 4 |
Mexican Albums Chart[12] | 7 |
Mexican International Albums Chart[13] | 4 |
U.S. Billboard 200 | 2 |
Hit-parad (2010) | Yer |
---|---|
German Albums Chart[14] | 75 |
US Billboard 200 | 58[15] |
Ölkə | Sertifikatlar (satış göstəriciləri) |
---|---|
Avstriya | Gold[16] |
Almaniya | Gold[17] |
ABŞ | Gold[18] |
The Twilight Saga: Eclipse: The Score | ||||
---|---|---|---|---|
Albomun üz qabığı | ||||
Yayımlanma tarixi | 29 iyun 2010 | |||
Janr | film musiqisi | |||
Leybl | E1 Music | |||
Prodüser | Hovard Şor | |||
Albom xronologiyası | ||||
|
Alatoran filmi üçün musiqi yazmış Karter Burvel və Yeni Ay filmi üçün musiqi yazmış Aleksandr Desplatdan sonra “Tutulma” filminin orijinal musiqisini Hovard Şor yazmışdır.[19] Alboma daxil edilmiş "Eclipse (All Yours)" musiqisi "Wedding Plans” musiqisinə replikadır.[20] Alatoran seriyasından olan əvvəlki original film musiqisi albomlarından fərqli olaraq (Alatoran albomu #65, Yeni Ay isə #80 yer nəticəsi göstərmişdi) Tutulma albomu “Billboard 200” hit-paradında #20 yerə kimi yüksəlmişdi.[21]
"Alatoran" portalı |