. Love.az

Albaniya Yaponiya Munasibetleri - Wikipedia - Love.az

Ana Səhifə - Albaniya Yaponiya Munasibetleri

Albaniya–Yaponiya münasibətləri (alb. Marrëdhëniet mes Shqipërisë dhe Japonisë; yap. 日本とアルバニアの関係) – Albaniya ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr.

Albaniya–Yaponiya münasibətləri
Albaniya və Yaponiya
 Albaniya  Yaponiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şinzo Abe və İlir Metanın görüşü (2019).

Mündəricat

  • 1 Tarixi
  • 2 Razılaşmalar
  • 3 Mədəniyyət
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Tarixi

redaktə

Yaponiya Albaniyanın müstəqilliyini 1922-ci ildə tanımış və ölkələr arasında diplomatik əlaqələr qurulmuşdur. Belə ki, Albaniyanın xarici işlər naziri Fan Noli 28 yanvar 1922-ci ildə Yaponiyadan Albaniyanın müstəqilliyini tanımasını istəmiş, Yaponiya xarici işlər naziri Uçida Yasuiya 18 aprel 1922-ci ildə buna müsbət cavab vermişdir.[1] 20 iyun 1930-cu ildə ölkələr arasında ilk ticarət müqaviləsi imzalanmışdır. 1935-ci ildə Osaka şəhərində Albaniya krallığının fəxri konsulluğu açılmışdır.[2]

İkinci Dünya müharibəsindən sonra Albaniya ilə Yaponiya arasındakı əlaqələr dayanmışdır. 10 mart 1981-ci ilin martında ölkələr arasındakı əlaqələr bərpa olunmuşdur.[1] 1990-cı illərdə Albaniya açıq qapı siyasətini qəbul etdikdən sonra ölkələr arasındakı əlaqələr canlanmağa başlamışdır. 2005-ci ilin dekabrında Tokioda Albaniya Respublikasının səfirliyi açılmışdır. Yaponiya hökuməti 2016-cı ilin martında Tiranada səfirlik açmaq barədə qəbul etmişdir. Tirana səfirliyi 1 yanvar 2017-ci ildə açılmışdır.[2] 2022-ci ildə ölkələr arasında əlaqələrin 100 illiyi qeyd olunmuşdur.[1]

2008-ci ilin fevralında Albaniya baş naziri Sali Berişa Yaponiyaya səfər edərək Yaponiya baş naziri Yasuo Fukuda ilə görüşmüşdür. O, Yaponiyada olan ilk Albaniya baş naziri olmuşdur.[3] 2019-cu ilin oktyabrında Albaniya prezidenti İlir Meta Yaponiyaya səfər edərək Yaponiya baş naziri Şinzo Abe ilə görüşmüşdür.[4]

Razılaşmalar

redaktə

Albaniya və Yaponiya hökumətləri arasında 15-dən çox razılaşma imzalanmışdır. 2007-ci ilin sentyabrında imzalanmış razılaşmaya əsasən Yaponiya vətəndaşları üçün viza məhdudiyyəti ləğv olunmuşdur.[2]

Mədəniyyət

redaktə

1989-cu ildən etibarən alban tələbələr MEXT proqramı üzrə Yaponiyada təhsil almaq hüququna malikdirlər. 2011–2017-ci ildə Albaniyanın Marin Barleti Universitetində yapon dili tədris olunmuşdur. 2012-ci ildə Albaniyanın ilk yapon dili lüğəti nəşr olunmuşdur. 2016-cı ildə Tirana Politexnik Universiteti yapon dili dərsləri təklif etməyə başlamışdır.[5]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "100 years of friendship relations between Albania-Japan, Minister Xhaçka meets Ambassador Mitsuyuki Takada". Avropa və Xarici İşlər Nazirliyi (Albaniya) (ingiliscə). 2024-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2024.
  2. ↑ 1 2 3 "Bilateral Relations". Albaniyanın Yaponiyadakı səfirliyi (ingiliscə). 2024-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2024.
  3. ↑ "Japan-Albania Summit Meeting". Yaponiya baş nazirinin kabineti (ingiliscə). 2020-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2024.
  4. ↑ "Meeting between Prime Minister Shinzo Abe and President Meta of Albania". Xarici İşlər Nazirliyi (Yaponiya) (ingiliscə). 24 oktyabr 2019. 2024-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2024.
  5. ↑ "アルバニア(2017年度)". Japan Foundation (yaponca). 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2024.

Xarici keçidlər

redaktə
  • Yaponiyanın Albaniyadakı səfirliyi
  • Albaniyanın Yaponiyadakı səfirliyi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Albaniya–Yaponiya_münasibətləri&oldid=7974445"
LOVE.AZ