. Love.az

Aleksandr Starkov - Wikipedia - Love.az

Ana Səhifə - Aleksandr Starkov

Aleksandr Starkov (latış. Aleksandrs Starkovs‎; 26 iyul 1955) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. Məşqçi. SSRİ idman ustası. IV dərəcəli "Üç Ulduz" ordeni zabiti.[1]

Aleksandr Starkov
latış. Aleksandrs Starkovs‎
Aleksandr Starkov 2010-cu ildə
Aleksandr Starkov 2010-cu ildə
Ümumi məlumatlar
Doğum tarixi 26 iyul 1955(1955-07-26) (69 yaş)
Doğum yeri Madona, Latviya SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ →
Latviya Latviya
Təhsili
  • Riqa Texniki Universiteti
Boyu 179 sm
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası[* 1]
1973—1975 SSRİ RPİ ? (14+)
1976—1977 SSRİ Dauqava 61 (18)
1977—1978 SSRİ Dinamo Moskva 0 (0)
1978—1989 SSRİ Dauqava 429 (171)
Məşqçisi olduğu klublar
1992—1994 Latviya Latviya (U-21)
1993—2004 Latviya Skonto
2001—2004 Latviya Latviya
2004—2006 Rusiya Spartak Moskva
2007—2013 Latviya Latviya
2009—2011 Latviya Skonto
2011—2012 Azərbaycan Bakı
2017—2018 Latviya Latviya
2019 Latviya Liepaya
Təltif və medalları

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Mündəricat

  • 1 Klub karyerası
  • 2 Məşqçi karyerası
  • 3 Şəxsi həyatı
  • 4 Nailiyyətləri
    • 4.1 Futbolçu kimi
    • 4.2 Məşqçi kimi
    • 4.3 Şəxsi
    • 4.4 Dövlət mükafatları
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Klub karyerası

redaktə

Latviya futbolunun yetirməsidir. İlk məşqçisi Bronislav Lipşans olub.[2]

Peşəkar futbolçu karyerasına 1973-cü ildə, doğma şəhəri Madonanı təmsil edən "RPİ" komandasında başlayıb. 3 mövsüm burda çıxış etdikdən sonra, respublikanın əsas komandası olan Riqanın "Dauqava" komandasına cəlb edilir.[3]

1977-ci ildə Moskvanın "Dinamo" klubunun nümayəndələri Starkovun oyununu bəyənərək komandalarına dəvət ediblər. Lakin futbolçu orada əsas heyətə düşə bilməyib və yalnız klubun əvəzedici heyətində oyunlar keçirib.[3]

1978-ci ildə yenidən "Dauqava"ya qayıdan Starkov, 1989-cu ildə futbolçu karyerasına son qoyub.[3]

Məşqçi karyerası

redaktə

1991-ci ildə Ali Məşqçilər Məktəbini bitirib (bunadək Riqa Politexnik İnstitutunun inşaat fakültəsindən məzun olub).[4] 1992-ci ildə "Kompar/Dauqava" klubunda baş məşqçi Yanis Skredelisin yanında köməkçi məşqçi kimi fəaliyyət göstərib.

1993–2004-cü illər aralığında "Skonto" klubunda baş məşqçi işləyib. Riqa təmsilçisi bu müddət ərzində 12 dəfə Latviya çempionatının, 6 dəfə isə Latviya Kubokunun qalibi olub. 1995-ci ildən eyni zamanda Latviya milli futbol komandasında köməkçi məşqçi kimi fəaliyyət göstərib. 2001-ci ildə yığmaya baş məşqçi təyin olunub. Latviya yığması 2004-cü ildə məhz onun rəhbərliyi altında seçmə mərhələni uğurla adlayaraq, Avro-2004-ün final mərhələsinə vəsiqə qazanıb.

Avropa çempionatından sonra, 2004-cü ilin payızında Rusiyanın "Spartak Moskva" komandasına baş məşqçi təyin olunub.[4] 2005-ci ildə "qırmızı-ağlar"la Rusiya çempionatının gümüş medallarına sahib olub. 2006-cı ilin aprelində, Kubok uğrunda yarımfinal oyunları ərəfəsində, komandanın kapitanı — Dmitri Aleniçevlə münaqişə nəticəsində istefa vermək məcburiyyətində qalıb.[5][4]

2006-cı ildə Pro kateqoriyalı məşqçi lisenziyası alıb. 2007-ci ildə yenidən Latviya millisinin "sükanı arxasına" keçib. O, yığma ilə 2012-ci ilə qədər uzadılması mümkün olan 1 illik müqavilə imzalayıb. Latviya yığması ilə paralel, 2009–2011-ci illərdə "Skonto", 2011–2012-ci illərdə isə "Bakı" klubunda baş məşqçi kimi çalışıb.[6][7] 11 iyul 2013-cü ildə Latviya millisinin baş məşqçisi postundan istefa verib.[8]

2017-ci ilin aprel ayında üçüncü dəfə Latviya millisində baş məşqçi postuna təyin olunub.[9] 2018-ci il aprelin 3-də, Latviya Futbol Federasiyasının idarə heyətinin qərarı ilə, millinin baş məşqçisi vəzifəsindən azad edilib.[10]

2019-cu il mayın 1-dən sentyabrın 28-dək "Liepaya "klubunun baş məşqçisi olub.[11][12]

Şəxsi həyatı

redaktə

Tatyana adlı xanımla evlidir. Sergey adında oğulları, Nadejda adında isə qızları var.[13]

Nailiyyətləri

redaktə

Futbolçu kimi

redaktə
  Dauqava
  • SSRİ birinci liqası: 1985

Məşqçi kimi

redaktə
  Skonto
  • Latviya çempionatı: 1993, 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002, 2003, 2004, 2010
  • Latviya Kuboku: 1995, 1997, 1998, 2000, 2001, 2002

Şəxsi

redaktə
  • Latviyada 50 ilin ən yaxşı futbolçusu (1954—2003)

Dövlət mükafatları

redaktə
  • SSRİ idman ustası
  • IV dərəcəli "Üç Ulduz" ordeni zabiti (Latviya): 24.03.2010

İstinadlar

redaktə
  1. ↑ "Ar Triju Zvaigžņu ordeni apbalvoto personu reģistrs apbalvošanas secībā, sākot no 2004.gada 1.oktobra". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-15.
  2. ↑ "Старков: о семье, футболе и себе". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-30.
  3. ↑ 1 2 3 "Старков Александр Петрович". Footballfacts.ru. 2023-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.
  4. ↑ 1 2 3 "Экс-тренер «Спартака» Александр СТАРКОВ: Улыбаться на поле можно только при счете 6:0". Kp.ru. 2024-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.
  5. ↑ "Дмитрий Аленичев: «Старков — тупик для «Спартака»" (rus). «Спорт-Экспресс». 2006-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may 2024.
  6. ↑ "Старков снова в "Сконто"". Uefa.com. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-15.
  7. ↑ "Peşəkar Futbol Liqası (arxiv)". pfl.az. 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.
  8. ↑ LFF. "M. Pahars apstiprināts Latvijas izlases galvenā trenera amatā" (latış). LFF.lv. 2013-07-11. 2013-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2024.
  9. ↑ "Старков в третий раз возглавил сборную Латвии". 2017-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-15.
  10. ↑ LFF. "Aleksandrs Starkovs atbrīvots no Latvijas nacionālās izlases galvenā trenera pienākumu veikšanas" (latış). LFF.lv. 2018-04-03. 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-03.
  11. ↑ "Oficiāli: Aleksandrs Starkovs pievienojas FK Liepāja" (latış). lp.fkliepaja.lv. 2019-05-01. 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
  12. ↑ "Oficiāli: Aleksandrs Starkovs pamet FK Liepāja" (latış). lp.fkliepaja.lv. 2019-09-28. 2019-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
  13. ↑ "Александр Старков: "Пришел в театр, а там люди в спартаковских галстуках!"". Spartakmoskva.ru. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-15.

Xarici keçidlər

redaktə
  • Aleksandr Starkov 2004-cü ildə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aleksandr_Starkov&oldid=7737796"
LOVE.AZ