. Love.az

Aleksandr Fon Bilderlinq - Wikipedia - Love.az

Ana Səhifə - Aleksandr Fon Bilderlinq

Aleksandr Aleksandroviç fon Bilderlinq (rus. Алекса́ндр Алекса́ндрович фон Би́льдерлинг; 23 iyun (5 iyul) 1846[1], Sankt-Peterburq – 26 iyul 1912[1], Puşkin[d], Sankt-Peterburq quberniyası[d]) – almanəsilli Rusiya generalı. Rus-yapon müharibəsində Üçüncü Mancuriya Ordusuna komandanlıq etmişdir. Baron titulu daşımışdır.[2]

Aleksandr fon Bilderlinq
Şəxsi məlumatlar
Doğum tarixi 23 iyun (5 iyul) 1846[1]
Doğum yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi 26 iyul 1912(1912-07-26)[1] (66 yaşında)
Vəfat yeri
  • Puşkin[d], Çarskoselski qəzası[d], Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası
Dəfn yeri
  • Sankt-Peterburqda Novodeviçye qəbiristanlığı[d]
Vətəndaşlığı
  •  Rusiya imperiyası
Təhsili
  • Nikolayev Baş Qərargah Akademiyası[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü süvari
Rütbəsi tam süvari generalı[d]
Döyüşlər
  • Rusiya–Osmanlı müharibəsi (1877–1878),
  • Rus-yapon müharibəsi
Təltifləri Order of St. Alexander Nevsky with diamonds and swords (Rusiya imperiyası) Knight of the Order of St. Alexander Nevsky (Rusiya imperiyası) Ağ Qartal ordeni (Rusiya imperiyası) 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni (Rusiya imperiyası) 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (Rusiya imperiyası) 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (Rusiya imperiyası) qılınclı və bantlı 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (Rusiya imperiyası) 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (Rusiya imperiyası) qılınclı 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (Rusiya imperiyası) 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni (Rusiya imperiyası) "İgidliyə görə" qızıl qılıncı (Rusiya imperiyası)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı və fəaliyyəti
    • 1.1 Rus-yapon müharibəsi
  • 2 İstinadlar
  • 3 Ədəbiyyat

Həyatı və fəaliyyəti

redaktə

Aleksandr fon Bilderlinq 1846-cı ildə zadəgan ailəsində doğulmuşdur. Rusiya İmperator Ordusuna qatılmış, 1877–1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində iştirak etmişdir.[2]

Rus-yapon müharibəsi

redaktə

Bilderlinq 1904-cü ilin mayında 17-ci Avropa Ordusu Korpusunun komandiri təyin olunmuş və 1904-cü ilin yayında Mancuriyaya gəlmişdir. 1905-ci ildə bir neçə böyük birliyin komandirliyi ona həvalə olunmuş və Mancuriya Ordusunun bir neçə döyüşündə vacib rol oynamışdır. O, general kimi Lyaoyan döyüşündə Şərq bölüyünə, Şahe döyüşündə Qərb bölüyünə komandirlik etmişdir.[3]

Sandepu döyüşündən sonra general Aleksandr fon Kaulbarsı əvəz edərək Üçüncü Mancuriya Ordusunun komandiri olmuş və Mukden döyüşündə iştirak etmişdir. Məğlubiyyətdən sonra 1905-ci ilin mayında ordunun komandirliyindən azad edilmiş və həmin ilin sentyabrına qədər korpusuna komandirlik etməyə davam etmişdir.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Aleksandr Aleksandrovich Bilderling // RKDartists (nid.).
  2. ↑ 1 2 Kowner. səh. 71
  3. ↑ 1 2 Kowner. səh. 72

Ədəbiyyat

redaktə
  • Kowner, Rotem. Historical Dictionary of the Russo–Japanese War (ingiliscə). The Scarecrow Press. 2006. 71–72. ISBN 978-0-8108-4927-3. İstifadə tarixi: 29 aprel 2023.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aleksandr_fon_Bilderlinq&oldid=7002690"
LOVE.AZ