. Love.az

Aleksandra Arxipova - Wikipedia - Love.az

Ana Səhifə - Aleksandra Arxipova

Aleksandra Sergeyevna Arxipova (rus. Александра Сергеевна Архипова; 23 dekabr 1976, Moskva[2]) — Rusiyalı sosial antropoloq, folklorşünas, pedaqoq. Filologiya üzrə elmlər namizədi, Sovet və müasir folklor üzrə mütəxəssis. Aktual folklorun monitorinqi araşdırmaçı qrupunun başçısı.[4]

Aleksandra Arxipova
rus. Александра Сергеевна Архипова
Doğum tarixi 23 dekabr 1976(1976-12-23) (48 yaş)
Doğum yeri
  • Moskva, RSFSR, SSRİ[2]
Elm sahələri Sosial antropologiya[1], folklorşünaslıq[1]
Elmi dərəcəsi
  • filologiya elmləri namizədi[d] (2004)[2]
Elmi adı
  • dosent
İş yerləri
  • Rusiya Dövlət Humanitar Universiteti[d] (1999–),
  • Sosial Elmlər Ali Məktəbi[3],
  • Paris Ali Normal Məktəbi
Təhsili
  • Rusiya Dövlət Humanitar Universiteti[d]

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
    • 2.1 Donos yazanın ifşası
  • 3 İstinadlar

Həyatı

redaktə

Aleksandra Arxipova Moskva şəhərində 1976-cı ilin[4] dekabrın 23-də anadan olub[5] və orada 1525 nömrəli Vorobyovı qorı lisey məktəbini bitirmişdi.[6]

1991-ci ildən bəri istedadlı uşaqlar üçün Yay ekologiya məktəbinin (rus. Летняя экологическая школа) humanitar bölməsinin direktorudur.[7]

2000-ci ildə Rusiya Dövlət Humanitar Universitetinin filologiya üzrə tarix və filologiya fakultəsinin filologiya bölməsini bitirmişdi. Bundan sonra o, həmin universitetdə əvvəl elmi işçi, sonra isə dosent olub.[4]

2023-cü ilin mayın 26-da Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Arxipovanı "xarici agent" siyahısına əlavə etmişdi.[8]

Elmi fəaliyyəti

redaktə

Arxipova həm elmi, həm də populyar elmi fəaliyyətlə məşğuldur.[9] Onun əsas fəaliyyət sahəsi Sovet və müasir folklordur. O, "Rusiyada pulların antropologiyası" və "Sovet siyasi folkloru" layihələrində və bundan əlavə, Rus şimalına, Monqolustana, Qazaxıstana və Sibirə ekspedisiyalarda iştirak etmişdi.

Anekdot və onun prototipi. Mətnin genezisi və mətnin tipologiyası (rus. Анекдот и его прототип. Генезис текста и типология текста) adlı dissertasiyanı müdafiə edərək, elmlər namizədi olub.[4] Aleksandra Arxipova beş kitab və müxtəlif elmi məqalələrin müəllifidir.

Donos yazanın ifşası

redaktə

Aleksandra Arxipova mətn analizi metodunu işlədərək Rusiyada kütləvi şəkildə donoslar yazan şəxsi ifşa etmişdi.

2022-ci ilin payızında Arxipovaya qarşı "Anna Korobkova" adı altında 7 donos yazılmışdı. Həmin donoslarda onu Rusiyanın Ukraynaya qarşı müharibəsi haqqında Dojd kanalına verdiyi intervyusuna görə vəzifəsindən azad etməyə, və onun haqqında məlumatı prokurorluğa ötürməyə tələb olunurdu. Bundan sonra, Arxipova həmin donosçu haqqında məlumat toplamağa başlayıb. Onu bu donosların quruluşu və dili maraqlandırıb. Nəticədə, 2023-cü ilin fevralın sonundan 2024-cü ilin sonuna qədər, Arxipova "Korobkova" imzası olan fərqli insanlara qarşı 74 ədəd donos, onunla yazışmalarını və onun jurnalistlərə verdiyi yazılı intervyularını toplamışdı.[10][11][12] Mətnlərin analizi Arxipovaya göstərib ki, onların müəllifi bir neçə yox, tək bir adam idi.[13] O, həmçinin müəyyən etmişdi ki, həmin şəxs Yekaterinburq şəhərində yaşayır.

2024-cü ilin erkən dekabrında Arxipova Rusca Vikipediyada "Korobkova" haqqında məqaləyi aşkar etmişdi. Həmin məqalənin "Korobkova" tərəfindən yazılan donosları ilə üslubi oxşarlıqları var idi. Bundan əlavə, orada əvvəl ictimailəşdirilməyən məlumatlar var idi. Onu yazan İvan Abaturov idi (istifadəçi adı "Аркадий2023"). Dilçi Daniil Sorokinin köməyi ilə keçirilən stilometrik analiz göstərib ki, həmin Vikipediya məqaləsini və "Korobkova" adı altında yazan eyni şəxs ola bilər.[10]

Həmin ilin dekabrın 26-da BBC Rusca, Arxipova ilə birgə araşdırmanı buraxıb. Orada göstərilir ki, "Anna Korobkova" adı altında İvan Abaturov yazırdı.[12] Abaturov bunu inkar edirdi.[14] Az sonra o, Vikipediyada müddətsiz bloklanılıb.[12] Onun "Anna Korobkova" haqqında yaratdığı məqaləsi isə onun haqqında məqaləyə çevirilmişdi.[15]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Archipova, Aleksandra Sergejevna // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. ↑ 1 2 3 https://otr-online.ru/programmy/gamburgskii-schet/aleksandra-arhipova-metodi-26633.html.
  3. ↑ https://pagesblanches.aria.ehess.fr/personne/aarkhipo.
  4. ↑ 1 2 3 4 "Александра Архипова: Подростки предположили, что группу «Синий кит» придумали взрослые, чтобы контролировать интернет". Общественное телевидение России. 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-23.
  5. ↑ "Александра Архипова". ВКонтакте.
  6. ↑ "Александра Архипова". Facebook (rus). 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-23.
  7. ↑ "Александра Архипова". Центр типологии и семиотики фольклора РГГУ. 2023-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-23.
  8. ↑ "Минюст России объявил «иноагентом» солиста группы «Би-2»". Meduza (rus). 2023-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-23.
  9. ↑ "Форум Свободной Культуры в Европе. Антрополог Александра Архипова". 2024-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-04.
  10. ↑ 1 2 "«Я хочу быть ходячей прокуратурой»: кто скрывается за личностью серийной доносчицы «Анны Коробковой»?". BBC News Русская служба (rus). 2024-12-26. 2024-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-26.
  11. ↑ Архипова, Александра Сергеевна. "Я нашла доносчицу «Анну Коробкову»". Эхо (интернет-издание) (rus). 2024-12-26. 2024-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-27.
  12. ↑ 1 2 3 "Антрополог Александра Архипова выяснила, что серийная доносчица Анна Коробкова — это историк из Екатеринбурга Иван Абатуров Его личность удалось установить с помощью анализа текстов и правок в «Википедии»". Meduza (rus). 2024-12-26. 2024-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-26.
  13. ↑ "Азербайджан ждёт извинений. Найден главная доносчица. Колесников, Архипова, Кривошеев". The Breakfast Show. YouTube. 2024-12-27. 2024-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-27.
  14. ↑ "Исследователи установили личность автора доносов на оппозиционеров Анны Коробковой; под этим псевдонимом писал судимый уральский историк Иван Абатуров". Медиазона (rus). 2024-12-26. İstifadə tarixi: 2024-12-27.
  15. ↑ Шепелин, Илья. "Крутая история". Эхо (rus). 2024-12-26. 2024-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-27.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aleksandra_Arxipova&oldid=8073321"
LOVE.AZ