. Love.az

Aleksey Qay - Wikipedia - Love.az

Ana Səhifə - Aleksey Qay

Aleksey Anatolyeviç Qay (ukr. Олексій Анатолійович Гай; 6 noyabr 1982[1][2], Zaporojya) — ukraynalı futbolçu.

Aleksey Qay
Ümumi məlumatlar
Tam adı Aleksey Anatolyeviç Qay
Doğum tarixi 6 noyabr 1982(1982-11-06)[1][2] (42 yaş)
Doğum yeri
  • Zaporojya, Zaporojya vilayəti, Ukrayna SSR, SSRİ
Vətəndaşlığı
  •  Ukrayna
Boyu 182 sm
Çəkisi 73 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1998–1999 Ukrayna Viktor 10 (0)
1999–2000 Ukrayna Metallurq-2 10 (2)
2000–2013 Ukrayna Şaxtyor (Donetsk) 141 (14)
2000 →  Ukrayna Şaxtyor Donetsk-3 (icarə) 2 (0)
2000–2002 →  Ukrayna Şaxtyor Donetsk-2 (icarə) 39 (1)
2004–2006 →  Ukrayna Mariupol (icarə) 55 (11)
2013–2015 Ukrayna Çernomorest 38 (7)
2015–2016 Azərbaycan Qəbələ 51 (14)
2016–2018 Rusiya Kuban Krasnodar 63 (12)
2018–2019 Ukrayna Olimpik Donetsk 21 (13)
Milli yığma[* 2]
2000 Ukrayna Ukrayna U-19 25 (3)
2001–2002 Ukrayna Ukrayna U-21 13 (1)
2002–2011  Ukrayna 29 (1)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 14 yanvar 2024 tarixində redaktə olunub.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 14 yanvar 2024 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Karyera
    • 1.1 Klub karyerası
    • 1.2 Beynəlxalq karyerası
  • 2 Uğurları
  • 3 Karyera statikası
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Karyera

redaktə

Klub karyerası

redaktə

Aleksey Qay Futbol üzrə Ukrayna çempionatında 136 oyun keçirmiş və 22 qol vurmuşdur. O, Futbol üzrə Ukrayna Kubokunda 27 oyun keçirmiş və 6 qol vurmuşdur. Aleksey Qay UEFA turnirlərində 17 oyun keçirmişdir.

Aleksey Qay 15 iyun 2013-cü ildə "Çyernomorest" FK ilə iki illik bir müqavilə imzalamışdır. Müqavilə 1 iyul tarixində qüvvəyə minmişdir. O, 10 nömrəli forma ilə çıxış etmişdir.[3]

Aleksey Qay 2015-ci ilin yanvar ayında Azərbaycanın "Qəbələ" FK ilə bir il yarımlıq müqavilə imzalamışdır.[4] Buna əlavə olaraq, "Qəbələ" FK-nun yeni baş məşqçisi Qayın "Çyernomorest" FK-dakı keçmiş baş məşqçisi Roman Qriqorçuk təyin edilmişdir.[5]

Aleksey Qay Futbol üzrə Azərbaycan Çempionatında 51 oyun keçirmiş və 14 qol vurmuşdur. O, Futbol üzrə Azərbaycan Kubokunda 5 oyun keçirmiş və 4 qol vurmuşdur. Aleksey Qay UEFA turnirlərində 14 oyun keçirmişdir.[6]

Aleksey Qay 5 avqust 2016-cı ildə "Kuban Krasnodar" FK ilə iki illik bir müqavilə imzalamışdır.[7] Komanda 19 mart 2017-ci ildə, Rusiya Peşəkar Futbol Liqasının 27-ci turunda "Mordoviya" FK-ya qarşı oyun keçirmişdir. O, rəqib komandanın oyunçusu olan Aleksandr Alxazova təcili yardım göstərmişdir. Aleksey bu hərəkətinə görə, Rusiya Milli Futbol Liqası Çempionatından xüsusi bir mükafat almışdır.[8]

Beynəlxalq karyerası

redaktə

O, Ukrayna U-19 milli futbol komandasında 25 oyun keçirmiş və 3 qol vurmuşdur. Aleksey Qay 2002-ci ilin fevral ayında Ukrayna U-21 milli futbol komandasının baş məşqçisi Anatoli Kroşenko tərəfindən çağırılmışdır. O, bu dövrdə 13 oyun keçirmiş və sadəcə 1 qol vurmuşdur. O, Ukrayna milli futbol komandasında 29 oyun keçirmişdir.

Uğurları

redaktə
  • UEFA Kubokunun qalibi (1): 2008/09
  • Ukrayna çempionu (6): 2001/02, 2007/08, 2009/10, 2010/11, 2011/12, 2012/13
  • Ukrayna çempionatının gümüş mükafatçısı (2): 2002/03, 2006/07
  • Azərbaycan çempionatının bürünc mükafatı (2): 2014/15, 2015/16
  • Ukrayna Kubokunun qalibi (7): 2000/01, 2001/02, 2003/04, 2007/08, 2010/11, 2011/12, 2012/13
  • Ukrayna Kubokunun finalçısı (1): 2008/09
  • Ukraynanın əməkdar idman ustası: 2009[9]
  • III dərəcəli "Cəsarət" ordeni (2009)[10]

Karyera statikası

redaktə
29 avqust 2013-cü il tarixində yenilənib
Klub Mövsüm Çempionat Kubok Avrokubok Superkubok Ümumi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Şaxtyor 2000/01 3 0 - - - - - 3 0
2001/02 7 1 2 0 - - - - 9 1
2002/03 29 5 4 0 4 0 - - 37 5
2003/04 15 2 2 0 6 0 - - 23 2
İliçyovets 2004/05 26 3 3 1 2 0 - 31 4
2005/06 29 8 6 4 - - - - 35 12
Şaxtyor 2006/07 18 1 6 0 5 0 - - 29 1
2007/08 14 2 4 2 - - 1 0 19 4
2008/09 16 2 5 0 9 0 - - 30 2
2009/10 13 1 2 0 8 3 - - 23 4
2010/11 11 0 1 0 6 0 - - 18 0
2011/12 9 0 4 0 - - - - 13 0
2012/13 6 0 2 1 - - - - 8 1
Çyernomorest 2013/14 18 2 2 0 14 4 1 0 35 6
Karyera boyunca 201 25 41 8 45 6 2 0 313 41

İstinadlar

redaktə
  1. ↑ 1 2 Oleksiy Gai // Transfermarkt (çd.). 2000.
  2. ↑ 1 2 Olexiy Gay // As (isp.). Madrid: PRISA, 1967. ISSN 1888-6671
  3. ↑ "Алексей Гай подписал контракт с "Черноморцем"". "Çyernomorest" FK. 13 iyun 2013. 2013-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2018.
  4. ↑ ""Габала" подписала Алексея Гая". UA-Futbol. 5 yanvar 2018. 2015-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2018.
  5. ↑ ""Qəbələ"nin yeni baş məşqçisi – Roman Qriqorçuk". "Qəbələ" FK. 18 dekabr 2014. İstifadə tarixi: 13 iyun 2018.
  6. ↑ "Aleksey Qay "Qəbələ"dən ayrıldı". qol.az. 24 may 2016. İstifadə tarixi: 13 iyun 2018.
  7. ↑ "Алексей Гай стал игроком "Кубани"". "Kuban Krasnodar" FK. 5 avqust 2016. 2017-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2018.
  8. ↑ "Полузащитник "Кубани" Алексей Гай получил благодарность от ФНЛ". Rusiya Milli Futbol Liqası Çempionatı. 29 aprel 2017. 2017-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2018.
  9. ↑ "Луческу и футболистам присвоили звания "заслуженных"". "Şaxtyor Donetsk" FK. 21 iyul 2009. 30 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2018.
  10. ↑ "Указ Президента України № 349/2009 від 25 травня 2009 року "Про відзначення державними нагородами України гравців і працівників акціонерного товариства "Футбольний клуб "Шахтар" Донецьк""". Ukrayna hökuməti. 2020-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2018.

Xarici keçidlər

redaktə
  • ""Şaxtyor Donetsk" FK-nun rəsmi saytındakı profili". 2 dekabr 2012 tarixində arxivləşdirilib. (rus.)
  • Soccerway.com saytında profili (ing.)
  • Aleksey Qay. Ukrayna Futbol Federasiyasının rəsmi saytındakı profili  (ukr.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aleksey_Qay&oldid=7702967"
LOVE.AZ