. Love.az

Aleksey Qripic - Wikipedia - Love.az

Ana Səhifə - Aleksey Qripic

Aleksey Lvoviç Qripiç (30 sentyabr (12 oktyabr) 1891, Oryol – 1 oktyabr 1983, Moskva) — Azərbaycan-sovet teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1946).

Aleksey Qripiç
rus. Грипич Алексей Львович
Doğum tarixi 30 sentyabr (12 oktyabr) 1891
Doğum yeri
  • Oryol, Orlov quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 1 oktyabr 1983(1983-10-01) (92 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Fəaliyyəti dramaturq, teatr rejissoru
Təhsili
  • Sankt-Peterburq Politexnik İnstitutu[d]
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19461946 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1941
"Şərəf nişanı" ordeni — 19461946

Həyatı

redaktə

Aleksey Qripiç 1891-ci ildə poçt idarəsinin məmurunun evində anadan olmuşdur. Gənc yaşda valideynlərini itirən Qripiç Qatçina şəhərinin yetim institutunda böyümüşdür, oranı 1910-cu ildə bitirmişdir.[1] Peterburq Politexnik institutunun iqtisadiyyat şöbəsində təhsil almışdır. Təhsil aldığı illərdə əmisi oğlu şair S. M. Qorodetskiyin təsiri altında Qripiçdə teatra maraq formalaşdı. 1913-cü ildə Vsevolod Meyerholdun yenidən açılmış studiyasına qəbul olundu. Birinci Dünya müharibəsinə görə institut və studiyada dərslərinə ara verdi. Aleksey Lvoviç cəbhədən yalnız 1918-ci ildə qayıtdı və maarif komissarlığında işə qəbul olaraq, səhnə tamaşalarının sənətkarlığı kurslarında oxumağa davam etdi, həmçinin Meyerhold burada ona dərs deyirdi.

Müstəqil rejissor fəaliyyətinə 1919–1921-ci illərdə Qırmızı Orduda xidmətdə olarkən başlamışdır.

1924-cü ildə Vsevolod Meyerholdun tövsiyəsi ilə Aleksey Qripiç İnqilabi Moskva Teatrında rejissor oldu[2], burada 1926-ci ilə qədər çalışmişdır. Bu teatrın səhnəsində onun bir neçə tamaşası göstərilmişdir. Meyerhold onu özünün istedadlı şagirdi hesab edirdi və onun "çoxdan müstəqil yaradıcılıq yoluna çıxdığını" söyləyirdi.[2]

O, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dram Teatrı da daxil olmaqla SSRİ-nin bir neçə böyük şəhərlərində tamaşalarını göstərmişdir.

1983-cü il oktyabrın 1-də Moskvada vəfat etmişdir.

Təltif və mükafatları

redaktə
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1946[⇨]
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 8 yanvar 1941[⇨]
  • "Şərəf nişanı" ordeni — 25 fevral 1946

İstinadlar

redaktə
  1. ↑ Грипич, Алексей Львович Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine // "Kruqosvet" ensiklopediyası (rusca)
  2. ↑ 1 2  Московский академический ордена Трудового Красного Знамени театр имени Вл. Маяковского, 1922–1982 / Авт.-сост. В. Я. Дубровский. — 2-е изд. испр. и доп. — М.: Искусство, 1983. — 207 с., ил. (стр. 17) (rusca)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aleksey_Qripiç&oldid=7905936"
LOVE.AZ