. Love.az

Aliye Bint Huseyn - Wikipedia - Love.az

Ana Səhifə - Aliye Bint Huseyn

Aliyə bint Hüseyn (ərəb. عالية بنت الحسين‎; 13 fevral 1956, Amman) — III İordaniya kralı I Hüseynin böyük qızı.[1]

Aliyə bint Hüseyn
Şəxsi məlumatlar
Doğum tarixi 13 fevral 1956(1956-02-13) (69 yaş)
Doğum yeri
  • Amman, İordaniya
Təhsili
  • Benenden məktəbi[d],
  • İordaniya Universiteti
Atası Hüseyn ibn Təlal
Anası Dinə bint Əbdülhəmid (İordaniya kraliçası)
Ailəsi Haşimilər
Təltifləri Order of Isabella the Catholic‎ (İspaniya) "Qiymətli tac" ordeni (Yaponiya) Order of Merit (Norveç) Supreme Order of the Renaissance (İordaniya) "İordaniya ulduzu" ordeni

1956-cı ildə Ammanda dünyaya gəldi. Atası İordaniya kralı I Hüseyn, anası isə onun ilk xanımı Şərifə Dinədir.[2] Hələ körpə yaşlarında valideynləri boşandı və Aliyə bir müddət anasını görə bilmədi. İbtidai və orta təhsilini Ammandakı qızlar məktəbində alan Aliyə 1968-ci ildə İngiltərəyə göndərildi və 1972-ci ilədək müxtəlif məktəblərdə təhsilini davam etdirdi. 1977-ci ildə ingilis ədəbiyyatı üzrə İordaniya Universitetinin fəxri məzunu oldu.

1980-ci illərdən etibarən məşhur rəssam Fahrünnisə Zeydin rəsm emalatxanasında fəaliyyət göstərməyə başladı. Bundan başqa bir çox xeyriyyə təşkilatının da üzvüdür. 1987-ci ildən bəri taekvondo ilə məşğuldur və 2 qat qara kəmər sahibəsidir.

Ailəsi

redaktə

İlk evliliyi 12 aprel 1977-ci ildə polkovnik-leytenant Nasir Vasfi Mirzəylə (1945-) Raqadan sarayında baş tutdu. Cütlüyün bu nigahdan bir oğlu dünyaya gəlsə də, 1988-ci ildə boşandılar.

  • Hüseyn Mirzə (12 fevral 1981-)

İkinci evliliyi 30 iyul 1988-ci ildə Seyid Məhəmməd əl-Salehlə baş tutdu. Bu nigahdan da 2 oğlu dünyaya gəldi.

  • Təlal əl-Saleh (12 sentyabr 1989-)
  • Əbdülhəmid əl-Saleh (15 noyabr 1992-)

İstinadlar

redaktə
  1. ↑ "Statement from the Royal Hashemite Court". rhc.jo (ingilis). 2023-06-01. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-28.
  2. ↑ "Briefs"[ölü keçid]. Star-Times
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aliyə_bint_Hüseyn&oldid=8069824"
LOVE.AZ