Allahverdi Məmmədli (tam adı:Məmmədli Allahverdi Məhərrəm oğlu;26 iyun 1956, Nehrəm, Naxçıvan rayonu) — Filologiya üzrə elmlər doktoru, professor[1]
Allahverdi Məmmədli | |
---|---|
Doğum tarixi | 26 iyun 1956(1956-06-26) (68 yaş) |
Doğum yeri | |
Elmi dərəcəsi | Filologiya üzrə elmlər doktoru |
Elmi adı | Professor |
Mükafatları |
![]() |
26 iyun 1956-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olub. 1976–1981-ci illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb.
Ailəlidir, üç övladı var.
Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsində redaktor olmuşdur. "Şərq qapısı" vilayət qəzetində baş redaktorun birinci müavini olmuşdur. "Xalq qəzeti"nin xüsusi müxbiri, "Azad Azərbaycan" qəzetinin baş redaktoru, "Azad Azərbaycan" radiosunun məsul redaktoru, Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Xəbərlər" redaksiyasının baş redaktoru olmuşdur. 2005-ci ildən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. 2017-ci ilin mayından Televiziya və radio jurnalistikası kafedrasının müdiridir.
2004-cü ildə "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2015-ci ildə "Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri" mövzusunda filologiya üzrə elmlər doktoru dərəcəsini almaq üçün dissertasiya müdafiə edib. 50-dən artıq elmi məqalənin, Azərbaycanda 3, xaricdə dərc olunmuş 1 monoqrafiyanın, 1 dərs vəsaitinin və digər kitabların müəllifidir.