. Love.az

Allen Mirqedirov - Wikipedia - Love.az

Ana Səhifə - Allen Mirqedirov

Allen Mirqədirov (ing. Allen Mirkadyrov; əvvəlki adı: Ələkbər Mirqədirov; 5 may 1979, Bakı) — Azərbaycan əsilli ABŞ aerokosmik mühəndisi və ABŞ Hərbi Hava Qüvvələrinin zabiti.[1][2]

Allen Mirqədirov
Ələkbər Mirqədirov
Doğum tarixi 5 may 1979(1979-05-05) (46 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Təhsili
  • San-Dieqo Ştat Universiteti
Fəaliyyəti hərbi uçuş mühəndisi[d], zabit
Fəaliyyət illəri 2010-cu ildən

Mündəricat

  • 1 Həyatı
    • 1.1 İlk illəri
    • 1.2 ABŞ-yə köçməsi
    • 1.3 Aerokosmik karyerası
    • 1.4 Şəxsi həyatı
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər

Həyatı

redaktə

İlk illəri

redaktə

Allen (Ələkbər) Mirqədirov 1979-cu il may ayının 5-də Bakı şəhərində anadan olmuşdur. O, ailəsi ilə birgə Bakının 8-ci kilometr şəhər tipli qəsəbəsində yerləşən Tofiq Abbasov küçəsi, ev 30-da yaşayırdı. Birinci sinifdən altıncı sinfə qədər Bakı şəhəri 145 nömrəli tam orta məktəbdə təhsil alıb.[3]

ABŞ-yə köçməsi

redaktə

1991-ci ilin yayında ailəsi ilə birlikdə Bakını tərk edib ABŞ-yə köçüb. O, ABŞ-nin bir neçə ştatında, o cümlədən Arizonada, Havayda, Koloradoda, Kaliforniyada və Merilenddə yaşayıb.[3]

Allen Amerika Hərbi Hava Akademiyasında (USAFA) kosmik texnika üzrə bakalavr dərəcəsi, San Dieqo Dövlət Universitetində aerokosmik texnika üzrə magistr dərəcəsi almışdır. O, təhsilini başa vurandan sonra 10 il ərzində ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmişdir.[3]

Aerokosmik karyerası

redaktə

2010-cu ildə isə NASA-nın orbital missiyalarında uçuşların təhlükəsizliyinə cavabdeh olan mərkəzdə aerokosmik mühəndis işinə təyin olunub.[3]

2014-cü ildə Allen və daha 5 nəfər NASA komissiyası tərəfindən Marsa uçuşa maksimum bənzəyən təcrübə üçün seçilib.[4][5] Təcrübədə Allen avadanlığın, o cümlədən kompüterlərin texniki vəziyyətinə, onun işlək vəziyyətdə olmasına və uçuş marşrutuna görə məsuliyyət daşıyıb. Ümumi vəzifələrdən başqa, onun öz təcrübəsi də olub. O, uçuş trayektoriyasını optimallaşdıran kompüter proqramının işlənib hazırlanması ilə məşğul olub.[6]

Şəxsi həyatı

redaktə

Mirqədirovun sözlərinə görə, onun həyatına Yuri Qaqarinin həyat yolu böyük təsir etmişdir. Futbol, üzgüçülük və basketbol həvəskarıdır. Azərbaycan və Rusiya mətbəxini sevir.[3]

Onun sevimli yazılı əsərlərinə Lev Tolstoyun "Dirilmə", Daniel Defonun "Robinzon Kruzo", Aleksandr Puşkinin şeirlərinin tam külliyyatını və Molla Nəsrəddinin lətifələrindən ibarət seçmələr daxildir.[3]

İstinadlar

redaktə
  1. ↑ "Allen Mirkadyrov - Teammate of the Habitat for Space Humanity". www.nasa.gov. www.nasa.gov. 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2019.
  2. ↑ "Moving to Mars". www.newyorker.com. www.newyorker.com. 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2019.
  3. ↑ 1 2 3 4 5 6 "Marsa uçmağa hazırlaşan Mirqədirov virtualaz.org saytına danışdı: "Qaqarini təkrar etmək istərdim…"". virtualaz.org. virtualaz.org. 2019-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2019.
  4. ↑ "There's a Mock Moon Mission Underway in Russia". www.space.com. www.space.com. 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2019.
  5. ↑ "Russia's Sirius Moon project leaves crew hungry for steak". www.bbc.co.uk. www.bbc.co.uk. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2019.
  6. ↑ "Allen Mirqədirov: Marsa uçuş ən tez 2022-ci ildə baş tutacaq". www.amerikaninsesi.org. www.amerikaninsesi.org. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2019.

Xarici keçidlər

redaktə
  • Mirkadyrov's biography for HI-SEAS
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Allen_Mirqədirov&oldid=8011204"
LOVE.AZ