Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Almaz Ələsgərova (6 oktyabr 1966, Bakı) — Azərbaycan müğənnisi və aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2007). Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası.
Almaz Ələsgərova | |
---|---|
Almaz Ramiz qızı Ələsgərova | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | (58 yaş) |
Doğum yeri | Bakıxanov, Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Mükafatları |
![]() |
Almaz Ələsgərova 1985–1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyoru" fakültəsində təhsil almışdır. Sonralar o, R.Behbudov adına Mahnı Teatrında və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmışdır və 2016-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Teatra qayıdıb. Karyerası boyunca oxuduğu populyar mahnılar arasında Alim Qasımov ilə duet "Səni axtara-axtara", "Qadasın alım", "Uçan quş", "Necə unudum səni", "Gözəlim", "İlk məhəbbətim", "Bu sevgi" (İlqar Muradov ilə duet), "Sevgilim" (Heydər Anatollu ilə duet), "Novruzum", "Yazığım gəlir sənə" və başqaları. Hal-hazırda müğənnilik fəaliyyəti ilə yanaşı aktyorluq ilə də məşğuldur.
2016-cı ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır.
Teatr səhnəsində ifa etdiyi rollar:
Tarix | Ad |
---|---|
2001 | İlk Məhəbbət |
2006 | Taleyin Qisməti |
Say | Ad | Tarix |
---|---|---|
01 | Səni Axtara-Axtara ft. Alim Qasımov | 1987 |
02 | Sən Demə, Təzədən Sevmək Olarmış | |
03 | Унесенные Ветром | |
04 | Yazığım Gəlir Sənə | 2000 |
05 | Sənsiz Də Xoşbəxtəm | 2001 |
06 | Sənsizəm | 2002 |
07 | Gecikmiş Məhəbbət | 2005 |
08 | Qal Mənimlə | 2006 |
09 | Əhsən | 2007 |
10 | Məleykə Salam feat. Anar Nağılbaz | 2007 |
11 | Gedirəm | 2011 |
12 | Bulud Yağmura Aşiq | 2013 |
13 | Ulu Öndər | 2014 |
14 | Mən Sənsiz | 2016 |