. Love.az

Alpout Berde - Wikipedia - Love.az

Ana Səhifə - Alpout Berde
Bu adın digər istifadə formaları üçün bax: Alpout.

Alpout — Azərbaycan Respublikasının Bərdə rayonunun Alpout kənd inzibati ərazi dairəsində kənd.[1]

Alpout
40°19′35″ şm. e. 47°12′18″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Bərdə rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
  • UTC+03:00
Xəritəni göstər/gizlə
Alpout xəritədə
Alpout
Alpout

Mündəricat

  • 1 Tarixi
  • 2 Həmçinin bax
  • 3 Mənbə
  • 4 İstinadlar

Tarixi

redaktə

Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Buda Alpout adının yayılma arealına öz təsirini göstərmişdir.

Hal-hazırda bu adda yaşayış məskəni Qazax, Göyçay, Ucar, Goranboy və Laçın rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp- Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir.XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir. Qeyd etmək lazımdır ki, "Dədə Qorqud"da "alp" sözü ilə yanaşı "dəli" sözü də igid mənasında işlənnmişdir (Dəli Domrul, Dəli Budaq). XVəsərdən sonra alp sözü arxa plana keçmiş, dəli sözü igid mənasında ümumişləkilik qazanmışdır. "Koroğlu" dastanında (Dəli Həsən) igidlərin hamısı dəli adlanandırılır (Koroğlunun dəliləri deyilir). Sonralar bu sözdə də arxaikləşmiş və dilimizdə igid sözü işlənmişdir.

Alpout sözündəki ikinci komponent "oud" isə bout, boyat, boud, oud, bayat-el mənasında işlənir. Yəni igid boyat eli, igid oğuz eli (oud-oğuz) mənasında işlənir.

Həmçinin bax

redaktə
  • Alpavut oymağı

Mənbə

redaktə
  • Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh. 38.
  • Əli Əliyev, Laçın – Qədim Oğuz yurdu. Bakı-2009. "Avropa" nəşriyyatı. səh. 20.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
Bərdə rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Alpout_(Bərdə)&oldid=7698270"
LOVE.AZ