Alyona Dimitriyevna Tiron (rus. Алёна Димитриевна Тирон, 8 dekabr 1993[1], Novosibirsk) — Rusiya reqbiçisi, MOİK komandasının və Rusiya reqbi milli komandasının müdafiəçisi. Qadınlardan ibarət Rusiya reqbi millisinin kapitanı. 2014, 2016, 2017, 2018 və 2019 Avropa çempionu. Rusiyanın əməkdar idman ustası.
Alyona Tiron | |
---|---|
![]() | |
Doğum adı | Алёна Дмитриевна Богачёва |
Doğum tarixi | 8 dekabr 1993(1993-12-08)[1] (31 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | reqbi ittifaqında oyunçu[d], rugby sevens player[d] |
Boyu | 172 sm |
Çəkisi | 72 kq |
![]() |
Alyona reqbi ilə məşğul olmamışdan əvvəl, 15 yaşında olarkən yüngül atletika ilə məşğul olmağa başlayıb. Yüngul atletika üzrə Rusiya çempionatının gümüş və bürünc mükafatçısı olub.[2]
Sibir Federal Universitetində təhsil alıb. Universitetdə oxuduğu zaman, universitet komandasının tərkibində Rusiya gənclərinin III Yay spartakiadasının gümüş mükafatçısı olub.[3]
Alyona 2011-ci ildə Omsk şəhərində Sibir Federal dairəsinin yarışlarında çıxış edərkən, "Yenisey-STM" reqbi klubunun məşqçisi Vladimir Nikolayeviç Demonov onun çıxışını görür və ona reqbiyə keçməyi təklif edir, lakin o, imtina edir. Olimpiya Ehtiyatları məktəbini bitirdikdən sonra Alyona 2013-cü ilin martında Krasnoyarska köçür. Az sonra Alyona "Yenisey STM" klubunun məşqçisi Maxim Zaltsmandan reqbiyə keçmək barədə təklif alı. Bu dəfə bu təklifi qəbul edir və 1 may 2013-cü il tarixində Krasnoyarsk komandasının oyunçu olur.[4]
Reqbi üzrə Rusiya millisinə ilk dəfə 2013-cü ilin sonunda, Dubayda keçirilən reqbi üzrə Dünya Seriyasının mərhələsindən əvvəl dəvət edilir, amma ayağında olan zədə səbəbindən bu turnirə gedə bilmir. 2014-cü ilin yanvarında isə ilk dəfə olaraq milli komandanın toplanmasına qatılır və məşqçilərin rəğbətini qazanaraq milli komandanın üzvunə çevrilir.[4]
Rusiya millisinin tərkibində reqbi üzrə Avropa Çempionatının beş dəfə qalibi olub.