. Love.az

Amir Esel - Wikipedia - Love.az

Ana Səhifə - Amir Esel

Amir Eşel (ivr. ‏אמיר אשל‏‎; d. 4 aprel 1959) israilli general, İsrail HHQ-nin keçmiş komandanı. 2008-ci ildən etibarən general-mayor rütbəsində xidmət etmiş, bir müddət Silahlı Qüvvələrin Planlaşdırma İdarəsinin rəisi olmuşdur. O, 10 may 2012-ci il tarixindən 10 avqust 2017-ci il tarixinə qədər olan müddətdə İsrail HHQ-nin komandanı olmuşdur.

Amir Eşel
ivr. ‏אמיר אשל‏‎
Şəxsi məlumatlar
Doğum tarixi 4 aprel 1959 (66 yaş)
Doğum yeri Yaffa, İsrail
Vətəndaşlığı İsrail İsrail
Təhsili
  • Obern Universiteti[d],
  • Hayfa Universiteti
Hərbi fəaliyyəti
Mənsubiyyəti İsrail Silahlı Qüvvələri
Qoşun növü İsrail Hərbi Hava Qüvvələri
Xidmət illəri 1977-2017
Rütbəsi General-mayor
Döyüşlər Qoruyucu Sərhəd əməliyyatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

1959-cu ildə İsrailin Yaffa şəhərində anadan olmuş, 1977-ci ildə İsrail Silahlı Qüvvələrində xidmətə başlamışdır. 1979-cu ildə İsrail HHQ Akademiyasından məzun olduqdan sonra Douglas A-4 Skyhawk döyüş təyyarəsində pilot olaraq fəaliyyətə başlamışdır. O, həmin təyyarə ilə 1982-ci ildə baş verən Livan müharibəsində iştirak etmişdir. Eşel 1993 və 1995-ci illər aralığında Tel Nof aviabazasında yerləşən 201-ci eskadrilyaya rəhbərlik etmiş, 1997–1999-cu illər aralığında İsrail HHQ-nin Əməliyyat Şöbəsinə rəhbərlik etmişdir.

Eşelin atası İkinci dünya müharibəsi illərində baş vermiş Holokost soyqırımı zamanı sağ qalmışdır. Eşel 2003-cü ilin sentyabr ayında F-15 döyüş təyyarəsi ilə əvvəllər Auşvitz ölüm düşərgəsinin yerləşdiyi ərazidə uçuş həyata keçirmişdir.

10 avqust 2017-ci ildə İsrail HHQ-nin komandanı postunu tərk etdikdən sonra hərbi karyerasını başa vurmuşdur. Onun yerinə general-mayor Amikam Norkin bu vəzifəyə təyin olunmuşdur.[1]

Evlidir. Üç övladı var. Alabamada yerləşən Obern Universitetində iqtisadiyyat, İsraildə yerləşən Hayfa Universitetində isə siyasi elmlər üzrə dərəcə almışdır.

Həmçinin bax

redaktə
  • İsrail Silahlı Qüvvələri
  • İsrail Hərbi Hava Qüvvələri

İstinadlar

redaktə
  1. ↑ Ahronheim, Anna. "IDF Appoints new Air Force Commader". Jerusalem Post. 10 avqust 2017. 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2017.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Amir_Eşel&oldid=7833391"
LOVE.AZ