. Love.az

Anar Turan - Wikipedia - Love.az

Ana Səhifə - Anar Turan

Anar Turan (tam adı:Anar Əliheybət oğlu Əliyev; 13 oktyabr 1984, Bakı, Azərbaycan) — Azərbaycan jurnalisti, Newsmedia.az, 1875.az xəbər portallarının təsisçisi və baş redaktoru, “Milli Fikir və İnkişaf” İctimai Birliyinin sədri, Xalq TV-nin aparıcısı, “Azəriqaz İstehsalat” Birliyi İctimai Şuranın üzvü, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi, Həsən bəy Zərdabi mükafatı laureatı.[2]

Anar Turan
Anar Əliheybət oğlu Əliyev
Ləqəbi Anar Turan
Doğum tarixi 13 oktyabr 1984 (40 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ↔Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası filoloq
Təhsili Bakı Slavyan Universiteti
Fəaliyyəti jurnalist
Mükafatları

Mündəricat

  • 1 Həyat və fəaliyyəti
    • 1.1 Kitabları
    • 1.2 Mükafatları
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər

Həyat və fəaliyyəti

redaktə

Anar Əliyev 1984-cü ilin 13 oktyabrında Bakı şəhərində doğulub. 2005-ci ildə Bakı Slavyan Universitetinin filologiya fakültəsini bitirib. 2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika fakültəsində magistr pilləsini bitirib. 2005-ci ildə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və gənclər siyasəti” ixtisasartırma kursunu bitirmişdir. Anar Turan 2003—2008-ci illərdə “Respublika gəncləri” qəzetində müxbir, xüsusi müxbir, sosial-həyat şöbəsinin müdiri, “Gənclik news” gənclər və idman jurnalında baş redaktorun müavini işləmişdir. 2008-2010-cu ildə “Haqqın nuru” qəzetində işləmişdir. 2011-ci ilə 105-fm-də “Gizli tarixin pıçıltıları” verilişinin müəllifi və aparıcısı olmuşdur. 2012-ci ildən Prezident Administrasiyasının mətbu orqanı olan “Xalq qəzeti”ndə çalışır. Xalq TV-də “ Özümüz sözümüz, “Baxış bucağı” elmi-intellektual, ədəbi proqramların müəllifi və aparıcısıdır. 2016-cı ildə nəşr olunan “17 illik mücadilə” elmi-publisistik tarixi araşdırmanın, 2018-ci ildə “Dünya soyqırımları tarixi” və 2019-cu ildə iki dildə nəşr olunan “Erməni Qriqorian kilsəsi və terror” kitablarının müəllifidir.[3] Bir neçə kitabın tərtibçisi və redaktoru olmuş, həmçinin müxtəlif elmi-intelletual, maarifləndirmə layihələrinin ideya müəllifi və rəhbəri kimi fəaliyyət göstərmişdir.[4]

Kitabları

redaktə
  • 17 illik mücadilə - Azərbaycanda sovet hakimiyyətinə qarşı milli-müqavimət hərəkatı - Bakı, 2016;[5]
  • Dünya soyqırımları tarixi (2 cilddə) - Bakı, 2018;
  • Erməni terroru və Qriqorian kilsəsi - Bakı, 2019[6]

Mükafatları

redaktə
  • Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi “Həsən bəy Zərdabi”laureatı[7]
  • 2021-ci ildə Milli Məclisin Gənclər və İdman Komitəsi tərəfindən Vətən müharibəsində arxa cəbhədə fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur.

İstinadlar

redaktə
  1. ↑ Rizvan Fikrətoğlu. "Bir qrup jurnalist mükafatlandırıldı" (az.). Xalqqəzeti.az. 19.07.2024. Archived from the original on 2024-08-09. İstifadə tarixi: 10 okt 2024.
  2. ↑ "Bir qrup jurnalist mükafatlandırılacaq" (az.). Musavat.com. 18.07.2024. Archived from the original on 2024-07-22. İstifadə tarixi: 10 okt 2024.
  3. ↑ ""On yeddi illik mücadilə" kitabı nəşr edilib" (az.). Azertag.az. 28.10.2016. Archived from the original on 29 October 2016. İstifadə tarixi: 10 okt 2024.
  4. ↑ "İctimaiyyətə məlum olmayan faktlar ortaya qoyuldu" (az.). Trt.net.tr. 28.10.2016. Archived from the original on 2016-10-31. İstifadə tarixi: 10 okt 2024.
  5. ↑ ""On yeddi illik mücadilə" kitabının təqdimatı olub" (az.). Azərtag.az. 05.11.2016. Archived from the original on 2016-11-06. İstifadə tarixi: 10 okt 2024.
  6. ↑ ""Erməni terroru və Qriqorian kilsəsi" kitabı işıq üzü görüb" (az.). Oxu.az. 30.11.2019. 10.10.2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 okt 2024.
  7. ↑ Mina Mikayılova. "Zərdabi mükafatı laureatları bəlli oldu - SİYAHI" (az.). Bakıvaxtı.az. 17.07.2024. 10.10.2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 okt 2024.

Xarici keçidlər

redaktə
  • RÖYA İSRAFİL. "Anar Turan: "Öncə texniki sahədə Azərbaycan dilinin inkişafını təmin etməliyik"" (az.). 01.08.2023. 10 okt 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 okt 2024.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Anar_Turan&oldid=8069933"
LOVE.AZ