Anar Turan (tam adı:Anar Əliheybət oğlu Əliyev; 13 oktyabr 1984, Bakı, Azərbaycan) — Azərbaycan jurnalisti, Newsmedia.az, 1875.az xəbər portallarının təsisçisi və baş redaktoru, “Milli Fikir və İnkişaf” İctimai Birliyinin sədri, Xalq TV-nin aparıcısı, “Azəriqaz İstehsalat” Birliyi İctimai Şuranın üzvü, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi, Həsən bəy Zərdabi mükafatı laureatı.[2]
Anar Turan | |
---|---|
Anar Əliheybət oğlu Əliyev | |
![]() | |
Ləqəbi | Anar Turan |
Doğum tarixi | (40 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
İxtisası | filoloq |
Təhsili | Bakı Slavyan Universiteti |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
Anar Əliyev 1984-cü ilin 13 oktyabrında Bakı şəhərində doğulub. 2005-ci ildə Bakı Slavyan Universitetinin filologiya fakültəsini bitirib. 2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika fakültəsində magistr pilləsini bitirib. 2005-ci ildə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və gənclər siyasəti” ixtisasartırma kursunu bitirmişdir. Anar Turan 2003—2008-ci illərdə “Respublika gəncləri” qəzetində müxbir, xüsusi müxbir, sosial-həyat şöbəsinin müdiri, “Gənclik news” gənclər və idman jurnalında baş redaktorun müavini işləmişdir. 2008-2010-cu ildə “Haqqın nuru” qəzetində işləmişdir. 2011-ci ilə 105-fm-də “Gizli tarixin pıçıltıları” verilişinin müəllifi və aparıcısı olmuşdur. 2012-ci ildən Prezident Administrasiyasının mətbu orqanı olan “Xalq qəzeti”ndə çalışır. Xalq TV-də “ Özümüz sözümüz, “Baxış bucağı” elmi-intellektual, ədəbi proqramların müəllifi və aparıcısıdır. 2016-cı ildə nəşr olunan “17 illik mücadilə” elmi-publisistik tarixi araşdırmanın, 2018-ci ildə “Dünya soyqırımları tarixi” və 2019-cu ildə iki dildə nəşr olunan “Erməni Qriqorian kilsəsi və terror” kitablarının müəllifidir.[3] Bir neçə kitabın tərtibçisi və redaktoru olmuş, həmçinin müxtəlif elmi-intelletual, maarifləndirmə layihələrinin ideya müəllifi və rəhbəri kimi fəaliyyət göstərmişdir.[4]