. Love.az

Andrey Rubin - Wikipedia - Love.az

Ana Səhifə - Andrey Rubin

Andrey Rubin (latış. Andrejs Rubins‎; 26 noyabr 1978[1][2], Riqa – 1 avqust 2022[3][4]) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Latviya futbolçusu. Məşqçi. Latviya milli futbol komandasının keçmiş üzvü.

Andrey Rubin
latış. Andrejs Rubins‎
Andrey Rubin 2009-cu ildə
Andrey Rubin 2009-cu ildə
Ümumi məlumatlar
Doğum tarixi 26 noyabr 1978(1978-11-26)[1][2]
Doğum yeri
  • Riqa, Latviya SSR, SSRİ
Vəfat tarixi 1 avqust 2022(2022-08-01)[3][4] (43 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ →
Latviya Latviya
Boyu 175 sm
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1996 Latviya Auda ? (?)
1997 İsveç Ester 11 (0)
1998—2000 Latviya Skonto 67 (14)
2000—2003 İngiltərə Kristal Pelas 31 (0)
2003 Rusiya Spartak Moskva 0 (0)
2003—2004 Rusiya Şinnik 51 (4)
2005—2008 Rusiya Spartak Moskva 5 (0)
2006 → Rusiya Şinnik 13 (0)
2007—2008 → Latviya Metallurq Liepaya 18 (1)
2008—2010 Azərbaycan İnter Bakı 49 (9)
2010—2011 Azərbaycan Qarabağ 12 (0)
2011—2012 Azərbaycan Simurq 18 (1)
Milli yığma[* 2]
1996—1998 Latviya Latviya (U-21) 13 (1)
1998—2011 Latviya Latviya 117 (9)
Məşqçisi olduğu klublar
2019 Latviya Auda

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Klub karyerası
  • 2 Milli karyerası
  • 3 Məşqçi karyerası
  • 4 Şəxsi həyatı
  • 5 Ölümü
  • 6 Nailiyyətləri
    • 6.1 Komanda
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər

Klub karyerası

redaktə

Riqa "Dauqava"sının Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Peşəkar futbolçu karyerasına 1996-cı ildə, Futbol üzrə Latviya İkinci Liqasında çıxış edən "Auda" komandasında başlayıb. 1997-ci ildə İsveçə gedib və burada Yüksək Liqa təmsilçisi "Ester"də forma geyinib.[5]

1998-ci ildə vətəninə qayıdıb və "Skonto" komandası ilə müqavilə imzalayıb. 1998–2000-ci illər ərzində "Skonto"nun heyətində ümumilikdə 91 oyuna çıxıb və 22 qol vurub.[5] Komandası ilə birlikdə 3 dəfə Latviya çempionatının, 2 dəfə isə Latviya Kubokunun qalibi olub.

"Skonto"dakı çıxışı zamanı onu İngiltərənin "Kristal Pelas" klubunun nümayəndələri bəyənərək komandalarına dəvət ediblər. 2000–2003-cü illərdə London təmsilçisinin heyətində Futbol Liqasının Birinci Divizionunda (hazırkı Çempionşip) çıxış edib. Klubun heyətində ümumilikdə 36 oyun keçirib, 2 qol vurub.[5]

2002-ci ilin dekabrında azad agent qismində Moskvanın "Spartak" klubuna transfer olunub.[6] Ancaq üç ay sonra, "qırmızı-ağlar"ın heyətində heç bir oyun keçirmədən Yaroslavlın "Şinnik" komandasına keçib.[7] Burada keçirdiyi iki mövsüm ərzində ümumilikdə 58 matçda iştirak edib, 4 qol vurub.[5]

2005-ci ilin yanvarında baş məşqçisi həmyerlisi Aleksandr Starkov olan "Spartak Moskva" ilə 4 illik müqavilə bağlayıb.[8] Klubun əsas heyətinə düşməkdə çətinlik çəkən Rubin, mövsüm ərzində ikisi Kubokda olmaqla cəmi 7 oyun keçirə bilib.[5][9] 2006-cı ilin yanvarında 12 aylıq "Şinnik"ə,[10][11] 2007-ci ilin iyulunda isə 6 aylıq "Metallurq Liepaya"ya icarəyə verilib.[12]

2008-ci ilin iyununda Bakının "İnter" komandasına keçərək, 1+1 şərti ilə müqavilə imzalayıb.[13][14] 2008–2010-cu illər ərzində "İnter"in heyətində ümumilikdə 57 oyuna çıxıb və 9 qol vurub.[5] Komandası ilə birlikdə Azərbaycan çempionatının qızıl (2009/2010) və gümüş (2008/2009) mükafatlarını qazanıb.

2010-cu ilin iyulunda azad agent kimi Ağdamın "Qarabağ" klubuna qoşulub və iki illik müqavilə imzalayıb.[15] 2011-ci ilin sentyabrında Zaqatalanın "Simurq" klubuna transfer olunub.[16] 2013-cü ilin əvvəlində futbolçu karyerasını başa vurub.[17]

Milli karyerası

redaktə

10 noyabr 1998-ci ildə Tunis milli komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda Latviya milli komandasının heyətində debüt edib.[18]

Rubin, 1998–2011-ci illər aralığında formasını geyindiyi Latviya milli komandasının heyətində ümumilikdə 117 oyun keçirib və 9 qol vurub.[19] O, milli komandanın heyətində ən çox oyun keçirmiş ikinci futbolçudur (bu göstəricidə yalnız Vitali Astafyevdən (167) geri qalır).[19]

Məşqçi karyerası

redaktə

Karyerasını bitirdikdən sonra, 2013-cü ildə İkşkiledə uşaq komandalarında məşqçi işləyib.[17] 2014-cü ildə "Oqre" klubunun məşqçilər korpusuna daxil edilib.[20] 2019-cu ildə "Auda" komandasına baş məşqçi təyin olunub.[21] 2022-ci ildə "Spartak Yurmala" klubunda məşqçi kimi fəaliyyət göstərib.[22]

Şəxsi həyatı

redaktə

Atasını erkən itirən Rubin, yeniyetməlik dövründə pis çevrəyə düşüb. Bunun nəticəsində o, 15 yaşında ikən Riqa Mərkəzi Həbsxanasına salınıb.[23][24] Askold Uldrikisin həmmüəllifliyi ilə yazılmış və 2022-ci ildə nəşr olunmuş Rubinin həyatından bəhs edən "Mən yalnız bir dəfə içəridə olmuşam" kitabında, o, Riqa Mərkəzi Həbsxanasında keçirdiyi 6 aydan və futbolun onu islahat yoluna yönəlməyə necə yardımçı olmasından danışıb.[23]

Rubin, belaruslu Anya adlı xanımla ailə həyatı qurub. Bu evlilikdən bir qızı var.[25]

Futbolda kumiri fransalı hücumçu Tyerri Anri olub.[26]

Ölümü

redaktə

Rubin, 1 avqust 2022-ci ildə, 43 yaşında ikən qəflətən vəfat edib. Bu barədə məlumatı avqustun 3-də Latviya Futbol Federasiyasının mətbuat xidməti yayıb.[27] Onun ölüm səbəbləri açıqlanmayıb.[23]

Nailiyyətləri

redaktə

Komanda

redaktə
  Skonto
  • Latviya çempionatı: 1998, 1999, 2000
  • Latviya Kuboku: 1998, 2000
  İnter Bakı
  • Azərbaycan çempionatı: 2009/10

İstinadlar

redaktə
  1. ↑ 1 2 Andrejs Rubins // Transfermarkt (çd.). 2000.
  2. ↑ 1 2 ANDREJS RUBINS // Argentine Soccer Database (isp.).
  3. ↑ 1 2 PĀRAGRI MŪŽĪBĀ AIZSAUKTS ANDREJS RUBINS; ATVADĪŠANĀS 9. AUGUSTĀ.
  4. ↑ 1 2 Atvadīšanās no Andreja Rubina notiks 9. augustā.
  5. ↑ 1 2 3 4 5 6 "Рубин Андрей Владимирович". Footballfacts.ru. 2023-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-17.
  6. ↑ "Rubins wings his way to Spartak". UEFA. 10 December 2002. 9 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2008.
  7. ↑ "Trio strengthen Spartak ranks". UEFA. 12 March 2003. 9 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2008.
  8. ↑ "Rubins ready for Spartak". UEFA. 5 January 2005. 9 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2008.
  9. ↑ "Экс-футболист «Спартака» Андрей Рубин умер в возрасте 43 лет". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
  10. ↑ "Pool target Spartak Moscow player". Blackpool Gazette. 28 June 2007. 9 March 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 February 2008.
  11. ↑ "Basinas makes Mallorca move". UEFA. 20 January 2006. 9 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2008.
  12. ↑ "Metalurgs bring Rubins home". UEFA. 5 January 2005. 9 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2008.
  13. ↑ "Rubins paraksta līgumu ar Baku Inter". Tvnet.lv. 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  14. ↑ "Андрей Рубин: Мной интересовались и в Бакы". Azerisport.com. 2024-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  15. ↑ "Rubins pāriet uz «Karabakh» — Leģionāri — Futbols — Sportacentrs.com". 2010-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-21.
  16. ↑ "Pie Jurana spēlēs Rubins un Grebis". parsportu.lv. 16 July 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 June 2022.
  17. ↑ 1 2 Jānis Celmiņš. "Rubins: "Ja nevaru spēlēt par simts procentiem, tad nav vērts"" (latış). sportacentrs.com. 2013-03-13. 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
  18. ↑ LFF. "1998. gads" (latış). LFF.lv. 2013-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-26.
  19. ↑ 1 2 "Latvia - Record International Players". Rsssf.org. 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  20. ↑ Agris Suveizda. "Prohorenkovs un Rubins trenēs 1.līgas jaunpienācēju "Ogri"" (latış). sportacentrs.com. 2014-03-31. 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
  21. ↑ Edmunds Novickis. ""Audu" trenēs "Euro 2004" spēlējušais Andrejs Rubins" (latış). sportacentrs.com. 2019-04-06. 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
  22. ↑ "Coaching Staff" (ingilis). fkspartaks.lv. 2022-07-29. 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
  23. ↑ 1 2 3 "Андрей Рубин". 24smi.org. 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  24. ↑ "Верпаковскис о Рубине: "Один из самых добрых людей, которых я знал"". Tvnet.lv. 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  25. ↑ "Полузащитник «Спартака» Андрей Рубин: Кто сказал, что я – любимчик Старкова?". Sovsport.ru. 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  26. ↑ "Andrejs Rubins". Lff.lv. 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  27. ↑ ""Qarabağ"ın sabiq futbolçusu qəflətən vəfat edib - FOTO". Oxu.az. 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.

Xarici keçidlər

redaktə
  • Andrey Rubin "Kristal Pelas" klubunun heyətində. 2002-ci il.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Andrey_Rubin&oldid=7715974"
LOVE.AZ