Antepin mühasirəsi[8][9] ( fr. Les Quatres Sièges d'Aïntab ;[10] türk. Antep Kuşatması) — 1920–1921-ci illərdə, Türkiyənin İstiqlaliyyət müharibəsi əsnasında olan Fransa–Türkiyə müharibəsi zamanı Qüvayi-milliyə ilə Antep şəhərini (indiki Qaziantep) işğal edən ilə Fransanın Levant Ordusu arasında baş tutmuş hərbi əməliyyat.
Antepin mühasirəsi | |||
---|---|---|---|
Türkiyə İstiqlaliyyət müharibəsi Fransa–Türkiyə müharibəsi | |||
![]() Antepin mühasirəyə alınmasından və 8 fevral 1921-ci ildə türklərin təslim olmasından sonra şəhərin türk hakimiyyət orqanları özlərini 2-ci diviziyaya komandanlıq edən general Moris de Lamote təqdim etməsi. | |||
Tarix | 1 aprel 1920 – 8 fevral 1921[1] | ||
Yeri | Antep, Hələb vilayəti, Osmanlı imperiyası | ||
Nəticəsi | Fransanın qələbəsi[2] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Döyüşlər 1920-ci ilin aprelində fransız qüvvələrinin şəhəri atəşə tutması ilə başlamışdır. Bu, kamalçıların məğlubiyyəti və şəhərin 9 fevral 1921-ci ildə Fransa hərbi qüvvələrinə təslim olması ilə başa çatmışdır.[11] .Bu qələbəyə baxmayaraq, fransızlar son nəticədə Ankara müqaviləsinə uyğun olaraq 20 oktyabr 1921-ci ildə şəhəri kamalçı qüvvələrin ixtiyarına buraxaraq geri çəkilməyə qərar vermişdilər.[12] Müasir Qaziantepdə doğulmuş və Harvardın Yaxın Şərq Araşdırmaları Mərkəzinin akademiki Ümid Qurdun sözlərinə görə, müqavimət hərəkatı təkcə şəhərə nəzarəti bərpa etmək deyil, həm də qənimətləri ermənilərdən qorumaq məqsədini daşıyırdı.[13]