. Love.az

Antonov An 124 Ruslan - Wikipedia - Love.az

Ana Səhifə - Antonov An 124 Ruslan
Bu adın digər istifadə formaları üçün bax: Antonov.

Antonov An-124 Ruslan (rus. Антонов Ан-124 "Руслан"; NATO kod adı: Condor) SSRİ-nin Antonov aviaşirkəti tərəfindən istehsal olunmuş strateji hərbi nəqliyyat təyyarəsidir. Təyyarə 1980-ci illərdə Ukrayna SSR ərazisində yerləşən Antonov dizayn bürosu tərəfindən istehsal olunmuşdur. Boinq 747-8F təyyarəsi istehsal olunana qədər otuz il ərzində dünyanın ən böyük yük götürmə qabiliyyətinə sahib nəqliyyat təyyarəsi hesab olunurdu. Buna baxmayaraq, An-124 hələ də dünyanın ən böyük hərbi nəqliyyat təyyarəsi olaraq qalmaqdadır.[5] Hazırda Volqa-Dnepr Hava Yollarında Texniki Direktor vəzifəsində xidmətini davam etdirən Viktor Tolmaçev An-124 təyyarəsinin baş dizayneri olmuşdur.[6]

An-124
Tipi Hərbi nəqliyyat təyyarəsi
Hazırlayan Antonov (şirkət)
İstehsalçı SSRİ Antonov
İlk uçuş 24 dekabr 1982[1]
İstismara verilmə tarixi 1986
Status İstismarı davam edir
İstismarçılar Rusiya Hərbi Hava Qüvvələri
İstehsal ili 1982–2004[2]
Buraxılış sayı 55[3]
Vahidinin qiyməti 300 milyon ABŞ dolları[4]
Variantları Antonov An-225
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Variantları
  • 2 İstifadəçiləri
    • 2.1 Hərbi
    • 2.2 Mülki
  • 3 Taktiki-texniki xüsusiyyətləri (An-124-100M-150)
    • 3.1 Ümumi göstəriciləri
    • 3.2 Uçuş keyfiyyətləri
  • 4 Həmçinin bax
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Variantları

redaktə
An-124 Ruslan
Ağır strateji nəqliyyat təyyarəsi
An-124-100
Ticari nəqliyyat təyyarəsi
An-124-100M-150
Qərb ölkələrinin istehsalı olan avionika ilə təchiz olunmuşdur
An-124-102
EFIS göyərtə sistemi ilə təchiz olunmuşdur
An-124-115M
"Rockwell Collins" şirkətinin istehsalı olan avionika ilə təchiz olunmuşdur
An-124-130
Təklif olunan variant
An-124-135
Təyyarənin arxa tərəfində bir ədəd oturacaq olan təyyarənin qalan yeri karqo üçün nəzərdə tutulmuşdur
An-124-150
Artırılmış yükgötürmə qabiliyyətinə (150 ton) sahibdir
An-124-200
Hər biri 263 kN gücündə olan General Electric CF6-80C2 mühərriki ilə təchiz olunmuşdur
An-124-210
Hər biri 264 kN gücündə olan Rolls-Royce RB211-524H-T mühərrik və Honeywell avionikası ilə təchiz olunmuş bu variant Böyük Britaniyaya təklif olunmuş, lakin 1999-cu ilin avqustunda qarşı tərəf bundan imtina etmişdir.
An-124-300
Yeni avionika və əyləc sistemi ilə təchiz olunmuş bu variant Rusiya Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuşdur.[7]

İstifadəçiləri

redaktə

Hərbi

redaktə
  •   Rusiya[8]

Mülki

redaktə

2013-cü ilin iyul ayına olan məlumata əsasən 26 ədəd An-124 təyyarəsi kommersiya məqsədilə istifadə olunur.

  •   Liviya[9]
  •   Rusiya[10]
  •   Ukrayna
  •   BƏƏ

Taktiki-texniki xüsusiyyətləri (An-124-100M-150)

redaktə
 
3 sides view

Ümumi göstəriciləri

redaktə
  • Ekipaj: 4-6 nəfər
  • Yükgötürmə potensialı: 150,000 kq
  • Uzunluğu: 68.96 m
  • Qanad qolayı: 73.3 m
  • Hündürlük: 20.78 m
  • Qanadının sahəsi: 628 m
  • Boş çəki: 175,000 kq
  • Maksimum qalxma çəkisi: 405,000 kq
  • Güc təminatçısı: 4 × Progress D-18T mühərrik (hər birinin itələmə qüvvəsi: 229.5 kN)

Uçuş keyfiyyətləri

redaktə
  • Maksimal sürət: 865 km/s
  • Uçuş məsafəsi: 5,200 km
  • Uçuş tavanı: 12,000 m
  • Qanad yüklənməsi: 645 kq/m
  • Çəkmə gücünün çəkiyə nisbəti: 0.23

Həmçinin bax

redaktə
  • Hərbi nəqliyyat təyyarəsi
  • Antonov An-225

İstinadlar

redaktə
  1. ↑ "Era of Ruslan: 25 years" (Press-reliz). Antonov. 24 dekabr 2007. 19 mart 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  2. ↑ Владимир Карнозов. "Последний «Руслан»". Военно-промышленный курьер. 2004-06-23. 2013-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  3. ↑ "An-124 Production List". russianplanes.net (rus). 2013-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  4. ↑ Девятьяров, Евгений. "Возобновление сборки «Руслана» обойдётся в 20 млрд рублей". 19 dekabr 2011. 2011-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  5. ↑ Nikolai, Novichkov. "Russia completes initial An-124 upgrade programme". janes.com. 2 dekabr 2014. 19 oktyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  6. ↑ "Arxivlənmiş surət". 2018-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12.
  7. ↑ "Russian Air Force Gets First Modernized An-124s". RIA Novosti. 17 may 2012. 12 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2017.
  8. ↑ bmpd. "bmpd - Самолет Ан-124: история, настоящее, перспективы" [AN-124: History, Present and Prospects] (rus). Bmpd.livejournal.com. 12 aprel 2013. 9 fevral 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2017.
  9. ↑ "Libyan Arab Air Cargo (ATDB)". Aerotransport.org. 2018-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2017.
  10. ↑ "Fleet in Flight Radar". 2017-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2017.

Xarici keçidlər

redaktə
  Vikianbarda Antonov An-124 Ruslan ilə əlaqəli mediafayllar var.
  • Информация о Ан-124 Руслан на сайте ГП АНТОНОВ
  • 30 лет со дня первого взлёта Ан-124 «Руслан»
  • Фотографии Ан-124-100 Руслан
  • На МАКСе-2007 подписано соглашение о возобновлении серийного производства грузовых самолётов Ан-124 «Руслан»
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Antonov_An-124_Ruslan&oldid=7162401"
LOVE.AZ