. Love.az

Antuan Riqodo - Wikipedia - Love.az

Ana Səhifə - Antuan Riqodo

Antuan Pocer Riqodo (fransiz dilində: Antoine Roger Rigaudeau; 17 dekabr 1971-ci ildə anadan olmuşdur) ― peşəkar fransız basketbol oyunçusu. 2015-ci ildə FİBA şərəf zalı siyahısına daxil edilmişdir.[1].

Antuan Riqodo
fr. Antoine Roger Rigaudeau
Mövqeyi hücumçu müdafiəçi
Boyu 200 sm
Çəkisi 102
Vətəndaşlığı
  •  Fransa
Doğum tarixi 17 dekabr 1971 (53 yaş)
Komandalar
  • Fransa Şole (basketbol klubu) (1987—1995)
  • Fransa PO-Ortez (basketbol klubu) (1995—1997)
  • İtaliya Virtus (basketbol klubu, Bolonya) (1997—2003)
  • ABŞ Dallas Maveriks (2003)
  • İspaniya Valensiya (basketbol klubu) (2003—2005)

Mündəricat

  • 1 Peşəkarlıq karyerası
  • 2 Fransa yığması
  • 3 Məşqçilik fəaliyyəti
  • 4 Nailiyyətləri
  • 5 Xarici keçid
  • 6 İstinadlar

Peşəkarlıq karyerası

redaktə

Antuan Riqodo Fransanın Şole (basketbol klubu) (1987—1995), PO-Ortez (basketbol klubu) (1995—1997), Virtus (basketbol klubu, Bolonya) (1997—2003), Dallas Maveriks (basketbol klubu, ABŞ) (2003), Valensiya (basketbol klubu, İspaniya) (2003—2005) komandalarında çıxış etmişdir.

O, 1997-1998-ci il və 2000-2001-ci il mövsümlərində Virtus (basketbol klubu, Bolonya) komandasının tərkibində Avroliqa çempionu olmuşdur. Antuan Riqodo, həmçinin 2002-2003-cü il mövsümündə Dallas Maveriks komandasının tərkibində Milli Basketbol Assosiasiyasında NBA-da çıxış etmişdir.

Fransa yığması

redaktə

2001-ci ildə hələ basketbol üzrə Avropa çempionatına qədər Antuan Riqodo Basketbol üzrə kişilərdən ibarət Fransa yığma komandasının tərkibində 127 oyun keçirdikdən sonra beynəlxalq basketbol oyunlarından uzaqlaşmışdır, lakin 2005-ci ildə o, basketbol üzrə Avropa çempionatına qayıtmağı qərara almış, bürüc medal qazanmış, turnir qurtardıqdan sonra yenidən idmandan getmişdir.

Məşqçilik fəaliyyəti

redaktə

Antuan Riqodo 2015-ci ildən Paris-Levallua basketbol komandasının məşqçisidir.

Nailiyyətləri

redaktə

Fransa yığması ilə

  • 2000-ci il yay Olimpiya oyunları:   Gümüş
  • 2005-ci il basketbol üzrə Avropa çempionatı:   Bürünc

Şəxsi

  • Fransa liqasında 5 dəfə ən qiymətli oyunçu : 1991, 1992, 1993, 1994, 1996-cı illərdə

Xarici keçid

redaktə
  • Профиль на сайте ФИБА
  • Профиль на сайте ФИБА-Европа
  • Euroleague.net, профиль
  • Итальянская Лига, профиль Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (Italyan dilində)
  • Испанская Лига, профиль Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine (İspan dilində)

İstinadlar

redaktə
  1. ↑ "2015 Class of FIBA Hall of Fame: Antoine Rigaudeau". 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-17.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Antuan_Riqodo&oldid=8001428"
LOVE.AZ