Apofeniya — əlaqəsi olmayan şeylər arasında mənalı əlaqələri dərk etmək meyli.[1] Termin psixiatr Klaus Konrad tərəfindən 1958-ci ildə şizofreniyanın başlanğıc mərhələləri haqqında nəşrində işlənmişdir.[2] O, bunu "anormal mənalılığın spesifik hissi ilə [müşayət olunan] əlaqələrin motivsiz şəkildə görülməsi" olaraq təyin etmişdir.[3][4] Konrad reallıqdan kənar düşüncənin ilkin mərhələlərini hallüsinasiyalardan fərqli olaraq faktiki duyğu qavrayışlarının özünə istinad edən həddən artıq şərhləri kimi təsvir etmişdir.[1][5]