. Love.az

Aqroturizm - Wikipedia - Love.az

Ana Səhifə - Aqroturizm

Aqroturizm — kənd turizminin bir növü olmaqla, turistlərin kənd həyat tərzinə cəlb edilməsinin, eləcə də kənd təsərrüfatı fəaliyyətlərində iştirakının təmin olunmasıdır. Aqroturizm kənd təsərrüfatı ilə turizm sektorlarının kəsişməsindən meydana gələn turizm növü olmaqla yanaşı, həm də maliyyə, təhsil və sosial faydaları ilə önə çıxır və kənd təsərrüfatı sahələrinin qorunmasında effektivliyi ilə fərqlənir[1].

Montepulçano, Toskana, İtaliyada aqroturizm

Aqroturizmin dünyanın müxtəlif hissələrində müxtəlif mənaları var. Aqroturizm fəaliyyətin müxtəlif variantlarını birləşdirir — meyvə yığımını, heyvan yemləməyi, fermada qəlyanaltı etməyi və s.

Aqroturizm Avstraliya, Kanada, Amerika Birləşmiş Ştatları və Filippin də daxil olmaqla, dünyanın bir çox yerlərində artım sənayesi hesab olunur.

Mündəricat

  • 1 Aqroturizmin məqsəd və faydaları
  • 2 Maarifləndirmə
  • 3 Təhlükəsizlik
  • 4 Aqroturizm Azərbaycanda
  • 5 Həmçinin bax
  • 6 İstinadlar

Aqroturizmin məqsəd və faydaları

redaktə
  • Aqroturizm kəndlərin sosial-iqtisadi inkişafına təkan verir;
  • Əhalinin yeni iş yerləri ilə təmin olunmasına şərait yaradır;
  • Ərazilərin təbii-iqtisadi potensialından daha səmərəli istifadə edilməsində əhəmiyyətli rol oynayır;
  • Sosial-mədəni xidmət sahələrinin inkişafına yol açır;
  • Kənd təsərrüfatının inkişafına töhfə verir;
  • Ətraf mühitin qorunmasına şərait yaradır;
  • Mədəni əlaqələrin yaradılması üçün önəmli rol oynayır;
  • İstehlakçılar məhsulları birbaşa istehsalçıdan ala bilirlər;
  • Ənənəvi istehsal/sənətkarlıq sahələrinin qorunub saxlanmasına dəstək verir;
  • Yerli kulinariya ənənələrinin qorunub saxlanmasına (slow food) yardımçı olur;
  • Qeyri-maddi irsin qorunub saxlanılmasına töhfə verir;
  • İstehlakçı bazarında yeni seqmentin yaranmasına dəstək olur;
  • Qonaqlar üçün nəzərdə tutulmuş turizm məhsullarının və xidmətlərinin şaxələndirilməsini təmin edir;
  • Gündəlik stresdən uzaqlaşdırır.

Maarifləndirmə

redaktə

İnsanlar öz istehlak etdikləri ərzaqlarla maraqlanırlar. Onlar fermerlə görüşmək, onlarla bu ərzaqların istehsalı haqqında danışmaq istəyirlər. Uşaqlar başda olmaqla, fermaları ziyarət edən bütün insanlar ilk dəfə ərzaqların mənbəyini görmüş olurlar.

Kəndlilər və fermerlər öz fermasında istehsal etdikləri məhsullarının keyfiyyətini ilə maraqlanırlar.

Təhlükəsizlik

redaktə

Fermerler öz əməliyyatlarını diversifikasiya etmək və öz əmlaklarını artırmaq üçün qonaqlar dəvət edirlər və bu zaman qorumadan istifadə edirlər.

Aqroturizm Azərbaycanda

redaktə

Azərbaycanın aqroturizm potensialı olduqca böyükdür və çoxsaxəliyi ilə fərqlənir. Məsələn, Azərbaycanın cənub bölgəsində çay plantasiyaları, sitrus bağları, Qəbələdə üzüm, Qubada alma, Şəkidə ipək, Zaqatalada qoz-fındıq və qızılgül təsərrüfatları aqroturizmin inkişafı üçün əlverişli hesab oluna bilər[2].

Azərbaycanda aqroturizmin inkişaf etməsi, insanların bu sahə haqda maariflənməsi üçün "Şəfəq" Ekoturizm İctimai Birliyi bir çox layihələr keçirmişdir.[3][4][5] Bu layihələrin nəticəsi olaraq bir çox aqroturizm təsərrüfatları yaranmışdır.

Azərbaycandakı aqroturizmlərə misal olaraq aşağıdakılar göstərilə bilər:

  • Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən "Citrus Valley"
  • Masallı rayonu, Tüklə kəndində yerləşən "Uğur Aqroturizm"

Həmçinin bax

redaktə
  • Ekoturizm
  • Alternativ turizm

İstinadlar

redaktə
  1. ↑ https://nationalaglawcenter.org - Agritourism – An Overviewİstifadə tarixi:23.05.2025
  2. ↑ https://525.az - Azərbaycanın ekoturizm imkanlarıİstifadə tarixi:07.05.2025
  3. ↑ "Azərbaycanda aqroturizmin inkişafı üçün böyük potensial var". medeniyyet.az (ingilis). 2024-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-20.
  4. ↑ "Arxivlənmiş surət". azvision.az. 2024-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-20.
  5. ↑ NModern. "MASALLIDA "ŞƏFƏQ" EKOTURİZM İB-NİN SEMİNARI". masalli-ih.gov.az (az.). İstifadə tarixi: 2024-08-20.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aqroturizm&oldid=8146387"
LOVE.AZ