. Love.az

Aran Agcabedi - Wikipedia - Love.az

Ana Səhifə - Aran Agcabedi
Bu adın digər istifadə formaları üçün bax: Aran.

Aran (əvvəlki adı: Kuybişev) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Aran kənd inzibati ərazi dairəsində kənd.[1] 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindəki Kuybişev kəndi Aran kəndi adlandırılmışdır.[2] 11 iyun 2002-ci il tarixli 341-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Aran kəndi Yeni Qaradolaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aran kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]

Aran
39°55′26″ şm. e. 47°25′44″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Aran xəritədə
Aran
Aran

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İqtisadiyyatı
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Toponimikası

redaktə

Kəndin daha qədim adı Qaradolaq olmuşdur. Yaşayış məntəqəsi kəngər tayfalarının bir qolu tərəfindən salındığı üçün belə adlandırılmışdı. 1935-ci ildən kənd SSRİ partiya və dövlət xadimi V. V. Kuybışevin (1888–1935) xatirəsinə Kuybışev adlandırılmışdır. Memorial toponimdir.[4]

Tarixi

redaktə

Bu kəndin adı ərazinin coğrafi mövqeyi ilə əlaqədar belə adlanmışdır. Vaxtilə düzəngah, susuz sahələr olan bu ərazilər ötən əsrin əvvəllərində məşhur Gavur arxının əsasında böyük Orçenikidze adına kanalın çəkilməsi ərazinin təsərrüfata yararlılığını artırdı. XX əsrin 30-cu illərin sonunda Kürün daşıb, məcrasından çıxması nəticəsində Kürqırağı ərazilərdə yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün kəndi indiki olduğu əraziyə köçürülüb, Aran kəndi salınmışdı.[5]

Coğrafiyası və iqlimi

redaktə

Kəndin ərazisi 14.91 kv.km-dir.

Əhalisi

redaktə

2009-cu il məlumatına əsasən Aran kəndinin əhalisi 2012 nəfərdir.

İqtisadiyyatı

redaktə

Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 11 iyun 2002-ci il tarixli 341-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  4. ↑ 1
  5. ↑ "Arxivlənmiş surət". 2015-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.

Həmçinin bax

redaktə
Ağcabədi rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aran_(Ağcabədi)&oldid=8143144"
LOVE.AZ