. Love.az

Araz Dilagarda - Wikipedia - Love.az

Ana Səhifə - Araz Dilagarda

Araz Dilağarda — Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kənd inzibati ərazi dairəsində kənd.[1]

Araz Dilağarda
39°34′ şm. e. 47°35′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 87 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Araz Dilağarda xəritədə
Araz Dilağarda
Araz Dilağarda

Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla[2] Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin ərazisinə aid edilib.

Mündəricat

  • 1 Etimologiyası və tarixi
  • 2 Toponimikası
  • 3 Əhalisi
  • 4 İqtisadiyyatı
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər
  • 7 İstinadlar

Etimologiyası və tarixi

redaktə

Kəndin adı Araz hidronimindən və mənşəcə Qaraqoyunlu tayfa ittifaqının Dilaqarda tayfasının adından ibarətdir. "Araz çayı kənarında Dilaqarda kəndi" mənasındadır. Araz sözü Digər Dilaqerda (Qobu Dilaqarda) kəndindən fərqləndirici əlamət bildirir.

1820-ci ildə İrandan köçüb gəlmiş və onların Dilaqarda elində məskunlaşması nəticəsində Dilaqarda, Araz Dilaqarda və Qobu Dilaqarda kəndləri yaranmışdır.[3]

1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı ayrıca Araz Dilağarda Bələdiyyəsi[4] təşkil edilib, onun ilk Nizamnaməsi 2000-ci ildə, yeni Nizamnaməsi isə 09.09.2020-ci il tarixində qəbul edilmişdir[5].

Araz Dilağarda Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[6] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[7] uyğun olaraq, Araz Dilağarda Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

"Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" 18 oktyabr 2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun[8] 18.1-ci bəndinə əsasən "3 №-li Qayıdış, 8 №-li Qayıdış, Araz Dilağarda, Araz Zərgər, Bala Bəhmənli və Birinci Mahmudlu bələdiyyələrinin əhatə etdiyi 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış, 5 №-li Qayıdış, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış, 11 №-li Qayıdış qəsəbələrində və Araz Dilağarda, Araz Zərgər, Bala Bəhmənli, Birinci Mahmudlu kəndlərində Bala Bəhmənli bələdiyyəsi" yaradılmışdır.

Toponimikası

redaktə

Araz çayı sahilində, düzənlikdədir. Oykonim Araz (hidr.) və Dilağarda (etnotoponim; qaraqoyunlu qəbiləsinə mənsub nəsil adı) sözlərindən düzəlib, "Araz sahilində yerləşən Dilağarda kəndi" deməkdir. Ərazidəki iki Dilağarda kəndini bir-birindən ayırmaq üçün oykonimin əvvəlinə Araz və Qobu komponentləri artırılmışdır.[9]

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1425 nəfər əhali yaşayır.[10]

İqtisadiyyatı

redaktə

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax

redaktə
  • Füzuli rayonu

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-03-18.
  3. ↑ "YUXARI QARABAGIN TOPONIMLƏRI". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-18.
  4. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-05.
  5. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-05.
  6. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
  7. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-05.
  8. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-05-12.
  9. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  10. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Araz_Dilağarda&oldid=8131263"
LOVE.AZ