Argentinozavr (lat. Argentinosaurus) — ölçülərinə görə mövcud olmuş ən iri dinozavrlardan biridir. Onların skletlərinin yalnız bir necə fraqmenti aşkarlanmışdır. Bu səbəbdən onların dəqiq ölçülərini demək mümkün deyil. Bununla belə alimlər onların uzunluğunu 22–35 m, cəkisini isə 60–108 t qiymətləndirirlər[1][2][3][4]. Tapılan dinozavlar skletinin hissələri arasında aşkarlanmış onurğa fəqərəsinin hündürlüyü 159 sm-dir. Bu tapıntılar Argentinada yerli paleontoloqlar Xose Fernando Bonapart və Rodolfo Koria 1993-cü ildə aşkarlanmışdır[5]. Aşkarlanan tapıntılar Təbaşir dövründə 115–90 milyon il öncə yaşamışdır.
Argentinozavr | ||||||||
---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Argentinozavr |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Son araşdırmalar nəticəsində Argentinozavr dəqiq hansı qrupa daxil olması dəqiq müəyyənləşdirilə bilməmişdir. Kristina Karri Rocers 2005-ci araşdırmasına görə Argentinozavr Opisthocoelicaudiinae fəsiləsinə daxil etmişdir. Leonardo Salqado və Rodolfo Koria Argentinozavrları Titanosauridae fəsiləsinə, Sebastiyan Apesteqiya (2005) isə onları Andesauridae fəsiləsinə daxil etmişdir[6][7].