Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Arif Ağacan oğlu Səlimov (7 iyun 1956, Ağsu) — Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Türkiyə Tübitak Mükafatı Laureatı (PPÖ), Prezident yanında AAK-nın Ekspert Şurasının sədri, BDU-da kafedra müdiri
Arif Səlimov | |
---|---|
Arif Ağacan oğlu Səlimov | |
| |
Doğum tarixi | (68 yaş) |
Doğum yeri | Ağsu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | riyaziyyat (həndəsə) |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru (1998) |
Elmi adı | professor |
İş yerləri | Bakı Dövlət Universiteti, "Cəbr və həndəsə" kafedrasının müdiri |
Təhsili | |
Elmi rəhbəri | V.V.Vişnevski |
Mükafatları |
![]() ![]() |
Arif Salimov |
Arif Səlimov 1956-cı ildə Azərbaycanın Ağsu şəhərində anadan olmuşdur. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi bitirmiş və 1973–1978-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin tələbəsi olmuşdur. 1978–1980-ci illərdə AMEA-nın Kibernetika İnstitutunda mühəndis-riyaziyyatçı kimi çalışmış, 1980–1983-cü illərdə isə Rusiyanın Kazan Dövlət Universitetinin əyani aspiranturasında "Həndəsə və topologiya" ixtisası üzrə təhsil almışdır. 1983-cü ildə aspiranturanı bitirmədən əvvəl dissertasiyasını müdafiyəyə təqdim etmiş və 1984-cü ilin yanvar ayında Kazan şəhərində məşhur sovet həndəsə alimi V. V. Vişnevskinin[2][3] elmi rəhbərliyi altında namizədlik (PhD) dissertasiyasını müdafiə etmişdir. 1983–1999-cu illərdə Bakı Dövlət Universitetinin həndəsə kafedrasında müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildə Kazan Dövlət Universitetində "Həndəsə və topologiya" ixtisası üzrə elmlər doktoru (D.Sc.) dissertasiyasını müdafiə etmişdir və bu ixtisas üzrə Azərbaycanda yeganə elmlər doktorudur. 2017-ci ildən Bakı Dövlət Universitetinin "Cəbr və Həndəsə" kafedrasının müdiri vəzifəsində çalışır.
Tenzor operatorlar nəzəriyyəsində aldığı fundamental nəticələr və lift nəzəriyyəsində yaratdığı yeni metod ilə diferensial həndəsə sahəsində dünyada tanınmış mütəxəssisdir.[6] 15 tələbəsi riyaziyyat (həndəsə) üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir, doktor və post-doktor tələbələrindən 6-sı hal-hazırda professordur. 50-dən çox beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir. 100-dən çox elmi əsəri vardır. Bunlardan 70-i (çoxu SCI-Exp indeksli olmaqla) ABŞ, Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Sinqapur, Meksika, Rusiya, İngiltərə, Almaniya, Fransa, İtaliya, Hollandiya, Polşa, Macarıstan, Türkiyə və s. ölkələrin Web of Science (Clarivate Analytics)[7][8][9][10] bazasına daxil olan elmi jurnallarda çap olunmuşdur. O həm də 3 "Web of Science" jurnalında redaksiya heyətinin üzvüdür. Arif Səlimovun "Tensor operators and their applications" adlı monoqrafiyası 2012-ci ildə ABŞ-nin "Nova Science Publishers" nəşriyyatının "Mathematics Research Developments" seriyasında çap edilib.[11][12] 2023-cü ildə isə onun "Applications of holomorphic functions in geometry" adlı monoqrafiyası "Springer/Birkhäuser" nəşriyyatında çap olunub[13]. Arif Səlimov 2023-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Riyaziyyat və Mexanika" üzrə Ekspert Şurasının sədridir. O həm də Türk Dövlətləri Riyaziyyatçılar Cəmiyyətinin İdarə Heyətinin üzvü seçilib.
1995–2017-ci illərdə Türkiyənin Atatürk Universitetində çalışmışdır (1995/1998 — Dosent, 1998/2017 — Professor).[14]
Layihə rəhbəri olduğu 4 layihəsi və elmi məsləhətçisi olduğu 1 layihə (TBAG-105T551, TBAG-108T590, MFAG-112T111, MFAG-116F230, MFAG-122F131) Türkiyə Dövlətinin Elmi və Texnoloji Tədqiqatlar Komitəsinin (TÜBİTAK-ın) qrantlarını almışdır. Onun "Tensor operators and their applications"[15] adlı kitabı 2013-cü ildə Türkiyədə "AÜ Bilimsel Teşvik Birincilik Ödülü" mükafatına layiq görülmüşdir. Elmi layihələrə rəhbərlikdə əldə etdiyi nailiyyətlərinə görə Arif Səlimov 2015-ci ildə Türkiyənin elm sahəsində ən prestijli mükafatlarından biri olan "TÜBİTAK PPÖ-Proje Performans Ödülü" adlı Dövlət Mükafatına layiq görülmüşdür,[16] 2016-cı ildə isə Çankaya (Ankara) Universiteti qurucusu Sıtkı Alp adına Atatürk Universitetinin təsis etdiyi "Bilimsel Teşvik Ödülü" nü də almışdır. Bakı Dövlət Universitetinin "Elm günü"nə həsr olunmuş 2019-cu il müsabiqəsinin qalibləri arasında Arif Səlimov da yer almışdır.[17] Arif Səlimov elmin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə Azərbaycan Prezidenti tərəfindən "Əməkdar elm xadimi" adına layiq görülmüşdür[18]. O Türk Dövlətləri Riyaziyyatçılar Cəmiyyətinin medalı ilə də təltif olunub (2023, Qazaxıstan). 2024-cü ildə Arif Səlimov riyaziyyat sahəsindəki nailiyyətlərinə görə Türk Dünyası Elm Mükafatı olan Əl-Xarəzmi mükafatına layiq görülüb.[19]