. Love.az

Arkebuza - Wikipedia - Love.az

Ana Səhifə - Arkebuza

Arkebuza (fr.arquebuse, alm. hakenbühse — top) — lüləsindən doldurulan fitilli silah, ilk odlu silah növlərindən biri.

Haqqında

redaktə

Arkebuza XV əsrin sonlarında Qərbi Avropada meydana gəlmişdir. Əvvəllər arkebuzadan atəş açmaq üçün daş, daha sonra isə yumru qurğuşun güllələrdən istifadə edilirdi. XVI əsrdən başlayaraq arkebuzanı uzaqvuran muşket sıxışdırsa da, çəkisi və ölçüləri kiçik olduğu üçün XVII əsrin ortalarınadək geniş istifadə edilirdi.[1]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 49. ISBN 978-9952-441-05-5.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Arkebuza&oldid=7900434"
LOVE.AZ