. Love.az

Aryen Robben - Wikipedia - Love.az

Ana Səhifə - Aryen Robben

Aryen Robben (23 yanvar 1984[1][2][…]) — hollandiyalı futbolçu. Hücumçu arxası və sağ cinahda oynayır. Hollandiyada iki dəfə ilin futbolçusu seçilmişdir.

Aryen Robben
nid. Arjen Robben
Ümumi məlumatlar
Tam adı Aryen Robben
Doğum tarixi 23 yanvar 1984 (41 yaş)
Doğum yeri Bedum, Niderland Niderland
Vətəndaşlığı
  •  Niderland krallığı
Boyu 1.80 m
Çəkisi 80 kq
Mövqeyi Hücumçu
Karyerası
2000–2002 Qroningen FK 46 (8)
2002–2004 PSV Eindhoven 56 (18)
2004–2007 Çelsi FK 67 (15)
2009–2019 Bayern Münhen FK 201 (99)
2003–2017 Niderland milli futbol komandası 96 (37)
2007–2009 Real Madrid CF 50 (11)
2000–2000 Niderlandın 17 yaşadək futbolçulardan ibarət milli komandası[d] 3 (1)
2001–2002 Niderlandın 19 yaşadək futbolçulardan ibarət milli komandası[d] 8 (2)
1996–2000 Qroningen FK
2020–2021 Qroningen FK 7 (0)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

redaktə

Robben, futbol karyerasına anadan olduğu Qroningen şəhərinin Qroningen futbol klubunda başlamışdır. Liqada ilk oyununa Tventeyə qarşı oynamışdır. Robben ilk mövsümündə 18 oyuna 2 qol vurmaqla komandada ilin futbolçusu seçilmişdir. İkinci sezonunu daha yaxşı keçirən Robben 28 oyuna 6 qol vurmuş və il sonunda 3.9 milyon € qarşılığında PSV klubuna transfer olunmuşdur.

Robben, burada da ilk sezonun yaxşı keçirmiş və 33 oyunda 12 qol vurmuşdur. Bu uğurlardan sonra Mançester Yunaytedin baş məşqçisi Aleks Ferqyuson, Robben üçün 8 milyon € təklif etmiş, lakin rəhbərlik qəbul etməmişdir. 2003–04 sezonunu yaxşı keçirməsə də, il sonunda 12 milyon € qarşılığında Çelsiyə transfer olunmuşdur.

22 avqust, 2007-ci ildə İspaniyanın Real Madrid klubu ilə 5 illik müqavilə bağlamışdır. 2009–10 sezonunda Florentino Perezin prezident seçilməsi və Kriştiano Ronaldo və Kakanın transferlərindən sonra komandadan ayrılmağa qərar vermişdir.

28 avqust, 2009-cu ildə təxminən 25 milyon € qarşılığında Almaniyanın Bayern Münhen klubuna transfer olunmuşdur. Robben, yeni klubunda axırıncı dəfə Roy Makaayın geyindiyi '10' nömrəli forma ilə çıxış etmişdir. 2013-cü ildə klubu ilə birlikdə UEFA Çempionlar Liqasını qazanmışdır. 19 mart, 2014-cü ildə Bayern Münhen ilə müqaviləsini 3 il daha uzatmışdır.

İstinadlar

redaktə
  1. ↑ Arjen Robben // Transfermarkt (çd.). 2000.
  2. ↑ ARJEN ROBBEN // Argentine Soccer Database (isp.).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aryen_Robben&oldid=7720056"
LOVE.AZ