Asəf Hacıyev (tam adı: Asəf Hacı oğlu Hacıyev; 29 may 1951, Kirovabad) — Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi, Milli Məclisin sabiq üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA həqiqi üzvü, BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri.[1]
Asəf Hacıyev | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum adı | Asəf Hacı oğlu Hacıyev |
Doğum tarixi | 29 may 1951(1951-05-29) (73 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | riyaziyyatçı, siyasətçi, alim, akademik[d] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | riyaziyyat elmləri |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adları | professor, akademik |
İş yeri | AMEA-nın İdarəetmə Sistemləri İnstitutu |
Təltifləri |
![]() |
![]() |
Asəf Hacıyev 1951-ci il mayın 29-da Gəncə şəhərində anadan olmuşdur. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1979-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət universitetində namizədlik dissertasiyasına (riyaziyyat üzrə fəlsəfə doktoru) və 1993-cü ildə N. Bauman adına Moskva Dövlət Texniki universitetində elmlər doktoru dissertasiyalarını uğurla medafiə etmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvüdür. Aparıcı elmi nəşriyyatlarda çap olunmuş 4 kitabın və 150-dən çox elmi məqalənin müəllifidir. Şpringer nəşriyyatında çap olunmuş 10 kitabın redaktorudur. İngilis, rus və türk dillərində sərbəst danışır. Ümumdünya elmlər Akademiyasının, Moldova Elmlər Akademiyasının, Monqolıstan Milli elmlər Akademiyasının üzvü və Chenqdu (Çin) universitetinin Fəxri professorudur. 1980-ci ildə Elm və Texnika sahəsində Azərbaycan Lenin komsomolunun mükafatına layiq görülmüşdür. 1988-ci ildən Bernulli adına Ümumdünya Riyazi Statistika və Ehtimal Cəmiyyətinin üzvüdür, 2005-ci ildə Beynəlxalq Statistika İnstitutunun üzvü seçilmişdir.
1979-cu ildən Azərbaycan EA-nın Kibernetika (İdarəetmə Sistemləri) İnstitutunda çalışır, 1996-cı ildən şöbə müdiri vəzifəsində çalışır. Dünyanın tanınmış elmi mərkəzlərinin dəvəti ilə (ABŞ – Berkli, C. Vaşington, Cənubi Kalifornia, Linkoln universitetləri), İsveç (Kral Texnologiya İnstitutu, Stokholm, Çalmers universitetləri), Almaniya (Münhen, Humbolt universitetləri), Portuqaliya (Lisbon, Nova universitetləri), Çin (Çenqdu, Hong-Kong City universitetləri) Türkiyə (Boğaziçi, Ortadoğu, Koç universitetləri) orada mühazirələr və elmi araşdırmalar aparmışdır. 2001–2015 — illərdə Bakı Dövlət Universitetinin ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri olmuşdur, 2019-cu ildən Bakı dövlət universitetinin himayəçilər şurasının üzvüdür.
A. Haciyevin rəhbərliyi altında 4 elmlər doktoru və 8 fəlsəfə doktoru dissertasiyaları müdafiə olunmuşdur.
1996–2014-cü illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı elm və təhsil məsələləri komitəsinin üzvü olmuşdur. Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri, 2006–2008 və 2011–2013-cü illərdə QDİƏT PA-nın vitse-prezident vəzifəsinə seçilmişdir. 2015-ci ildə QDİƏT PA baş katibi beş il müddətinə seçilmişdir və 2020-ci ildə təkrar daha beş il müddətinə seçilmişdir.
2008-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP), 2010-cu ildən YAP Siyasi Şurasının üzvüdür.
Evlidir, 3 övladı var.