Atamoğlan Məmmədli (tam adı: Atamoğlan Ataxan oğlu Məmmədli) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Asiya və Afrika ölkələri tarixi kafedrası"nın dosenti.[1]
Atamoğlan Məmmədli | |
---|---|
Atamoğlan Ataxan oğlu Məmmədli | |
![]() | |
Doğum tarixi | (70 yaş) |
Doğum yeri | Beyləqan, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | tarix elmləri namizədi |
Elmi adı | dosent |
İş yeri | Bakı Dövlət Universiteti |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi |
Mükafatları |
![]() |
Atamoğlan Ataxan oğlu Məmmədli 1955-ci ildə Beyləqan şəhərində anadan olmuşdur. 1972-ci ildə Beyləqan şəhər 1 saylı orta məktəbi bitirmişdir.
1973-cü ildə BDU-nun Tarix fakültəsinə daxil olmuş və həmin fakultəni 1978-ci ildə bitirmişdir. 1981–1984-BDU aspirantı olmuşdur. 1987 -"Sovet–İran münasibətləri" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.
1989-cu ildən Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.
1998-ci ildən hal-hazıradək Asiya və Afrika ölkələri tarixi kafedrasında[2] dosent kimi fəaliyyət göstərir.