. Love.az

Atli Xalqlar - Wikipedia - Love.az

Ana Səhifə - Atli Xalqlar

Atlı xalqlar — yaşamının böyük hissəsini atüstü keçirən köçəri ya yarım-köçəri xalqlar. Onlar atı əhliləşdirmiş, döyüş arabası, atlı qoşun, atlı oxatan, yüyən, dəhnə, üzəngi, şalvar geyimini, atüstü yarışma oyunları yaratmışlar.

Mündəricat

  • 1 Etnik kimlikləri
  • 2 Döyüş tərzləri
  • 3 Xronoloji bölgü
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Etnik kimlikləri

redaktə

Atlı xalqların əzici çoxu türk idi. Onlar at əti yeyirdilər və qımız (at südü) içirdilər. Yaxşı dəmirçi, metallurq və zərgər idilər. Atüstü idman növləri vardı: çovqan (atüstü polo), sür-papaq (atüstü basketbol) [1], er eniş (atüstü gürəş) [2], papaq oyunu [3] və b. Karuselin yaranması da atlı xalqlarla bağlıdır: ilk dəfə karusel atları döyüş üçün məşq etmək üçün yaradılmışdı, sonralar insanlar tərəfindən yelləncək kimi işlədilmişdir. Qeyri-türk xalqlarında köçərilik görülsə də (məsələn, qaraçılar, bədəvi ərəblər), uşaqlı, qadınlı, kişili elliklə kütləvi şəkildə atlı həyat tərzi sürmək, at əti yemək, at südü içmək təsvir olunmamışdır.

Döyüş tərzləri

redaktə
  • Skiflər — əfsanəvi atlı oxatanlar, "kentavrlar".
  • Sarmatlar — başdan ayağa zirehli döyüşçülər, atları da zirehli idi. Hücum silahları parflarınkını, kuşanlarınkını xatırladırdı.
  • Parflar — skiflər kimi pulcuqlu zireh geyirdilər.
  • Hunlar — rəqiblərə yaxınlaşmamaq və geri çəkilmə taktikasını yürüdürdülər, uzaqdan vururdular, at üzəngisini ilk dəfə onlar işlədiblər.
  • Alanlar
  • Avarlar
  • Bulqarlar
  • Kazaklar — nizəylə vuruşurdular, at qaçan zaman yəhərə otura bilirdilər.
  • Komançi hinduları — Amerika aborigenləri içində ən yaxşı at miniciləri idilər.

Xronoloji bölgü

redaktə
  • Antik Çağ
    • Kimmerlər | İssedonlar | Vusun | Parflar | Parni | Saka | Massagetlər | Skiflər | Sarmatlar | Sığınlar | Yueçji | Eftalitlər
  • Xalqların Böyük köçü Çağı
    • Alanlar | Avrasiya Avarları |Gepidlər |Qotlar | Hunlar |Rugilər | Hunnu
  • Orta Çağ
    • Başqırlar | Burtalar | Bulqarlar | Cürçenlər | Kalmıklar | Xəzərlər | Kiməklər | Qıpçaqlar | Macarlar | Monqollar | Noqaylar | Peçeneqlər | Səlcuqlar | Tatarlar
  • İndiki Çağ
    • Kalmıklar | Qazaxlar | Qırğızlar | Qaraqalpaqlar

İstinadlar

redaktə
  1. ↑ "Энциклопедия конника - Сюр-папах". 2018-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-25.
  2. ↑ "Всемирные игры кочевников: эр-эниш". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-21.
  3. ↑ "Энциклопедия конника - Папах-оюну (отними папаху)". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-25.

Həmçinin bax

redaktə
  • Atüstü oxatma
  • Köç
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Atlı_xalqlar&oldid=7211068"
LOVE.AZ