. Love.az

Axtalama - Wikipedia - Love.az

Ana Səhifə - Axtalama

Axtalama (xədim etmə)- bioloji erkəyin cinsiyyət orqanını itirdiyi cərrahi, kimyəvi və ya başqa bir yolla edilən prosesdir. Bu sterilizasiyaya səbəb olur və testosteron kimi müəyyən hormonların istehsalının azalmasına səbəb olur. Axtalanmış şəxs və ya heyvan nəsilartırma qabiliyyətini itirir. Əsasən cəza, yaxud heyvan populyasiyanın tənzimlənməsində istifadə olunur.

Osmanlı sarayında xədim edilmiş zənci
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Mündəricat

  • 1 Tarixi
  • 2 Fizioloji və psixoloji nəticələri
  • 3 Müasir dövrdə axtalama
  • 4 Axtalanmış şəxslər
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Tarixi

redaktə

Axtalamanın ilk dəfə harada və nə zaman tətbiq olunduğu məlum deyil. Ancaq tarix boyu qaliblərin məğlubları diri, yaxud ölü halda axtaladıqları məlumdur. Cinsiyyət vəziləri (xaya) ilə bərabər cinsiyyət orqanının da çıxarılması ölüm riskini artırdığı üçün irəli tarixi dönəmlərdə ancaq cinsiyyət vəziləri çıxarılırdı. Ancaq axtalamadan həmişə cəzalandırmaq üçün istifadə olunmamışdır. Bir çox mədəniyətlərdə axtalanmış oğlan uşaqlarından xüsusi tərbiyə olunaraq saraylarda, əksər hallarda isə hərəmlərdə istifadə olunmuşdur. Tarixdə axtalanmış şəxslərin bəzən yüksək rütbə tuta bildiyi hallar da olmuşdur.

18-ci əsrə qədər Avropada oğlan uşaqları kilsə xorunda oxumaları üçün axtalanırdı. Belə ki, xorda oxumaq üçün qadınlara icazə verilmədiyi üçün oğlanların incə səslərini qorumaq məqsədilə onları axtalayırdılar.

Fizioloji və psixoloji nəticələri

redaktə

Müasir dövrdə axtalama

redaktə

Axtalanmış şəxslər

redaktə
  • Gürcüstan şahzadəsi Şahzadə Dyomna
  • İran şahı Ağa Məhəmməd Şah Qacar

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  • axtalamaq sözünün mənası - Azərbaycan dilinin izahlı lüğəti Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Axtalama&oldid=7954080"
LOVE.AZ