. Love.az

Ayagi Aciqrengli Birecik - Wikipedia - Love.az

Ana Səhifə - Ayagi Aciqrengli Birecik

Ayağı açıqrəngli birəcik (lat. Phyllotreta nemorum) — Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir.

Ayağı açıqrəngli birəcik
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
???:
Ayağı açıqrəngli birəcik
Beynəlxalq elmi adı
  • Phyllotreta nemorum L., 1758
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  385017
EOL  3286747

Mündəricat

  • 1 Quruluşu
  • 2 Yayılması
  • 3 Nəsilvermə və İnkişafı
  • 4 Zərər vurması
  • 5 Ədəbiyyat
  • 6 Xarici keçidlər
  • 7 İstinadlar

Quruluşu

redaktə

Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. Hər qanadın üstündən sarı xətt keçir. Bədənin uzunluğu 2,5-3,5 mm-dir. Bu cinsin növləri dal ayaqları üzərində tullanırlar.[1]

Yayılması

redaktə

Azərbaycanda az yayılmışdır. Bu növə respublikanın Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Şirvan və Lənkəran-Astara zonalaraında rast gəlmək olar.

Nəsilvermə və İnkişafı

redaktə

Uzunsov və açıq sarı rəngli yumurtalarının uzunluğu 0,3-0,4 mm, eni 0,1-0,2 mm-dir. Sürfələrin inkişafı 15-30, pupların inkişafı 6-15 gün davam edir. Yumurtaqoyma prosesi qurtardıqdan sonra yetkin fərdlər ölür. Yenicə çıxmış böcəklər müxtəlif xaççiçəkli bitkiləri zədələyir, yayın axırında isə qışlamaya keçirlər.

Zərər vurması

redaktə

Onlar kütləvi inkişaf dövründə kənd təsərrüfatı bitkilərinə böyük zərər verirlər. Kələmin, şalğamın cücərtilərini yeyir, yenicə əkilmiş şitilləri zədələyirlər. Çox vaxt turnepsi və turpu 2-3 dəfə yenidən əkmək lazım gəlir.

Ədəbiyyat

redaktə
  1. Səfərova İ.M., Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, Gəncə, 2006, s. 76-77.

Xarici keçidlər

redaktə

Ayağı açıqrəngli birəcik-Phyllotreta nemorum

İstinadlar

redaktə
  1. ↑ Səfərova İ.M., Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, Gəncə, 2006, s. 76-77.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ayağı_açıqrəngli_birəcik&oldid=7335058"
LOVE.AZ