Ayan Allahverdiyeva (21 fevral 2005, Bakı) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq usta (2024).
![]() | |
---|---|
![]() Allahverdiyeva 2023-cü ildə | |
Ölkə | |
Doğum tarixi | 21 fevral 2005(2005-02-21) (20 yaş) |
Doğum yeri | |
Titulu | qadınlar arasında beynəlxalq usta (2024) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.316 (aprel 2025) |
FİDE nömrəsi | 13412590 |
![]() |
Ayan şahmat oynamağa altı yaşında başlayıb. İlk müəllimi Vasif Abdullayevdir.[2]
2014 və 2015-ci illərdə 10 yaşlı qızlar arasında,[3][4] 2016 və 2017-ci illərdə isə 12 yaşlı qızlar arasında Azərbaycan çempionu olub.[5][6] 2018-ci ildə eyni uğuru 14 yaşlı qızların qrupunda təkrarlayıb.[7] 2018-ci ildə, həmçinin 20 yaşlı qızların qrupunda çıxış edib və bürünc medal qazanıb.[8]
Müxtəlif yaş kateqoriyalarında Azərbaycanı yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. 2015-ci ildə 10 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında ikinci olub.[9] İki il sonra 12 yaşlı qızların qrupunda üçüncü yeri tutub.[10] 2018-ci ildə Riqa şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında 9 oyundan 8 xal yığmaqla 14 yaşlı qızlar arasında Avropa çempionu adını qazanıb.[11][12] 2019-cu ildə Bratislavada keçirilmiş Avropa çempionatında 9 oyundan 7,5 xal yığaraq ikinci dəfə 14 yaşlı qızlar arasında Avropa çempionu adını qazanıb.[13]
2023-cü ilin noyabrında İtaliyanın Montesilvano şəhərində qız və oğlanlar arasında keçirilmiş dünya birinciliyində 11 oyundan 9,5 xal toplamaqla 18 yaşlı qızlar arasında dünya çempionu olub.[14]
2024-cü ilin fevral ayında qadınlar arasında Azərbaycan çempionatında 7 mümkün xaldan 5.5 xal toplayaraq, Azərbaycan çempionu adını qazanıb.[15] Eyni ilin iyun ayında Hindistanın Qandinaqar şəhərində gənclər arasında dünya çempionatında bürünc medal qazanmışdır.[16]
2025-ci ilin mart ayında Monteneqronun Petrovaç şəhərində 50 ölkədən 200-dən çox şahmatçının mübarizə apardığı gənclər arasında dünya çempionatında ikinci yeri tutub.[17]
2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət üçüncü[Qeyd 1] komandasının heyətində mübarizə aparmışdır.[19]