. Love.az

Aydin Abbasov - Wikipedia - Love.az

Ana Səhifə - Aydin Abbasov
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Aydın Abbasov (26 avqust 1976, Kirovabad) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı.

Aydın Abbasov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
2005 – 2015
Şəxsi məlumatlar
Doğum tarixi 26 avqust 1976(1976-08-26) (48 yaş)
Doğum yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti (–2001)
Fəaliyyəti siyasətçi
Atası Abbas Abbasov

Həyatı

redaktə

Abbasov Aydın Abbas oğlu 1976-cı il avqustun 26-da Gəncə şəhərində anadan olub. Londondakı Amerika kollecinin biznesi idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilir. 1998–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində Qazın satışı və marketinqi şöbəsinin rəisi vəzifəsində çalışıb. Bitərəfdir. 2005-ci ildə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputat seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İndoneziya, Azərbaycan-Küveyt, Azərbaycan-Latviya, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Həmçinin bax

redaktə
  • 1992–2006-cı illərdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini işləmiş Abbas Abbasovun oğludur.

İstinad

redaktə
  • [1]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aydın_Abbasov&oldid=7122040"
LOVE.AZ