. Love.az

Aydin Dadasov - Wikipedia - Love.az

Ana Səhifə - Aydin Dadasov

Aydın Ərşad oğlu Dadaşov (1 mart 1952, Ağdam – 15 mart 2017, Bakı) — Azərbaycan kinoşünası, kinodramaturq, rejissor, filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988).

Aydın Dadaşov
Aydın Ərşad oğlu Dadaşov
Doğum tarixi 1 mart 1952
Doğum yeri Ağdam, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 mart 2017 (65 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi qəfil ürək tutması
Dəfn yeri
  • Xırdalan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elm sahələri teatr, kino, televiziya, jurnalistika
Elmi dərəcəsi filologiya üzrə elmlər doktoru
Elmi adı professor
Tanınır rejissor, ssenarist, kinoşünas, pedaqoq
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20052005 Azərbaycan SSR Dövlət mükafatı — 19881988

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Kitabları
  • 4 Filmoqrafiya
  • 5 İstinadlar
  • 6 Mənbə

Həyatı

redaktə

Aydın Dadaşov 1 mart 1952-ci ildə Ağdam şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теatr, Musiqi və Kinematoqrafiya İnstitutunu (indiki Sankt-Peterburq Teatr Akademiyasının) dram sənəti fakültəsini, 1982-ci ildə isə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirmişdir. 

Aydın Dadaşov15 mart 2017-ci ildə qəfil ürək tutmasından dünyasını dəyişib.

Fəaliyyəti

redaktə

Aydın Dadaşov 1975-ci ildə C. Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında bədii flimlər üzrə direktor, rejissor və rekdaktor kimi çalışıb. 1989-cu ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin "Televiziya və radio jurnalistikası" kafedrasında çalışmışdır. 2000-ci ildən həmin kafedranın dosenti, 2006-cı ildən isə kafedranın professoru idi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya" fakültəsinin "Kinoşünaslıq" kafedrasının rəhbər olmuşdur. Burada o, "Ekran dramaturgiyası", "Ssenari yaradıcılığı", "Televiziya tənqidi" və "KİV-də reklam və marketinq problemləri" fənnlərini tədris etmişdir.

Kinoda 30-a yaxın filmin rejissoru, 50-ə yaxın filmin ssenari müəllifi olmuşdur. Eyni zamanda bir neçə filmdə film direktoru və redaktor kimi çalışmışdır.

Kitabları

redaktə
  • Dəvətnamə. (nəsr), 1992. 16 ç.v.
  • Gerçəkliyin astanasında. (monoqrafiya), 1992. 14 ç.v.
  • Ekran dramaturgiyası: mövzu, struktur, üslub, janr problemləri. (monoqrafiya), 1999. 12 ç.v.
  • Ekran publisistikası. (dərs vəsaiti) 2000.10 ç.v.
  • Qərib (nəsr), 2000. 20 ç.v.
  • KİV-də reklam və marketinq problemləri. (monoqrafiya). 2001.16 ç.v.
  • Ssenari yaradıcılığı. (dərslik), 2001. 14 ç.v.
  • Madaqaskar. (nəsr), 2001. 12 ç.v.
  • Məhəmməd Həsən Hacınski. (monoqrafiya), 2004. 16 ç.v.
  • Dramaturgiya. (dərslik), 2004. 20 ç.v.
  • Müstəqillik dövrünün dramaturgiyası. (monoqrafiya), 2005. 15 ç.v.
  • Rejissor Arif Babayev. (monoqrafiya). 2006. 12,5 ç.v.
  • İslam və demokratiya. (monoqrafiya). 2007. 17,5 ç.v.
  • Folklorumuzun ilk doktoru. (Məmmədhüseyn Təhmasib), (monoqrafiya). 2007. 14,2 ç.v.
  • Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində. (dərslik), 2008. 17 ç.v.
  • Teatr-kino problemləri. (monoqrafiya). 2008. 20,5 ç.v.
  • Kinoşünaslıq. (dərslik), 2009. 33,7 ç.v.
  • Rejissorluğun üslub problemləri. (monoqrafiya), 2010. 19,5 ç.v.
  • Qarabəy Qarabəyovun mühiti və idealları. (monoqrafiya). 2012. 33,7 ç.v.
  • İran kinosunun inkişaf təmayülləri. (monoqrafiya). 2012. 12 ç.v.
  • Müasir Azərbaycan dramaturgiyası. (monoqrafiya). 2012.. 19 ç.v.
  • Rejissor Cənnət Səlimova. (dərs vəsaiti). 2014. 24 ç.v.
  • Azərbaycan kinosu: mövzu, struktur, üslub, janr. (monoqrafiya). 2015. 30 ç.v.
  • Dünya kinosu örnəklər kontekstində. (monoqrafiya). 2016. 43 ç.v.
  • "Müasir Azərbaycan Kinosu", Bakı: TEAS Press Nəşriyyat evi, 2017, ISBN 9789952513837, 276 səhifə[1]

Filmoqrafiya

redaktə
Əsas məqalə: Aydın Dadaşovun filmoqrafiyası

Film direktoru kimi

  • Yarımçıq qalmış mahnı (film, 1979) (tammetrajlı bədii film)
  • Onun bəlalı sevgisi (film, 1980) (tammetrajlı bədii film)
  • Vah!.. (film, 1980) (qısametrajlı bədii film)
  • Birisigün, gecəyarısı… (film, 1981) (tammetrajlı bədii film)
  • Gümüşü furqon (film, 1982) (tammetrajlı bədii film)
  • Tənha narın nağılı (film, 1984) (tammetrajlı bədii film)

Rejissor kimi

  • Bulaq (film, 1983)
  • Ustad Sultan Məhəmməd (film, 1985)
  • "Ağ pambığı becərəndə, yığanda…" (film, 1989) (qısametrajlı sənədli film)
  • Biznesmen (film, 1989) (qısametrajlı sənədli film)
  • Dəvətnamə (film, 1989) (qısametrajlı bədii film)
  • Retro (film, 1991) (sənədli film)
  • Göz qapanması (film, 1992) (sənədli televiziya filmi)
  • Ağrı (film, 1994) (sənədli televiziya filmi)
  • Qanlı Bakı (film, 1994) (sənədli televiziya filmi)
  • Zəng (film, 1995) (qısametrajlı sənədli film)
  • Bacılar (film, 1997) (sənədli film)
  • Aydınlığa doğru (film, 1998) (sənədli film)
  • Məhəmməd Füzuli (film, 1998) (sənədli film)
  • Terror (film, 1998) (sənədli film)
  • Mingəçevir (film, 1999) (sənədli film)
  • Ailə (film, 1999) (sənədli)
  • Bizim almanlar (film, 2000) (sənədli film)
  • Məhəmmədhəsən Hacınski (film, 2003) (sənədli film)
  • Xeyransa (film, 2004) (sənədli film)
  • Xınalıq (film, 2005) (sənədli film)
  • Akademik Adilə Namazova (film, 2007) (sənədli film)
  • Nisgil (film, 2010) (qısametrajlı sənədli film)
  • Sirk səmasının cazibəsi (film, 2010) (qısametrajlı sənədli film)
  • Ulduzlar (film, 2010) (sənədli film)
  • Çapıqlı adam (film, 2011) (qısametrajlı sənədli film)
  • Babam və mən (film, 2012) (qısametrajlı sənədli film)[2]
  • Tərk etmə məni (film, 2012) (sənədli film)[3]
  • Zəlzələyə doğru (film, 2012) (sənədli film)

Ssenari müəllifi kimi

  • Bulaq (film, 1983)
  • Ustad Sultan Məhəmməd (film, 1985) (qısametrajlı sənədli film)
  • Balaban (film, 1987) (qısametrajlı sənədli film)
  • Daşdan keçən kağız (film, 1987) (qısametrajlı sənədli televiziya filmi)
  • Əks-səda (film, 1987) (qısametrajlı sənədli film)
  • İsti halvanın dadı (film, 1987) (qısametrajlı sənədli film)
  • …Və uşaqlar mahnı oxuyurdular (film, 1987) (qısametrajlı sənədli film)
  • Göydən üç alma düşdü (film, 1988) (qısametrajlı sənədli televiziya filmi)
  • Kreslo (film, 1988) (qısametrajlı sənədli film)
  • Maestro (film, 1988) (qısametrajlı sənədli film)
  • Ramin (film, 1988) (qısametrajlı sənədli film)
  • Səs (film, 1988) (qısametrajlı sənədli televiziya filmi)
  • "Ağ pambığı becərəndə, yığanda…" (film, 1989) (qısametrajlı sənədli film)
  • Yol ayrıcında (film, 1988) (qısametrajlı sənədli film)
  • Yubiley (film, 1989) (qısametrajlı sənədli televiziya filmi)
  • Biznesmen (film, 1989) (qısametrajlı sənədli film)
  • Dəvətnamə (film, 1989) (qısametrajlı bədii film)
  • Göydən üç alma düşdü (film, 1990) (sənədli film)
  • Ağlı-qaralı dünya (film, 1991) (sənədli film)
  • Retro (film, 1991) (sənədli film)
  • Göz qapanması (film, 1992) (sənədli televiziya filmi)
  • Lağım (film, 1993) (cizgi filmi)
  • Ağrı (film, 1994) (sənədli televiziya filmi)
  • Qanlı Bakı (film, 1994) (sənədli televiziya filmi)
  • Zəng (film, 1995) (qısametrajlı sənədli film)
  • Bacılar (film, 1997) (sənədli film)
  • Aydınlığa doğru (film, 1998) (sənədli film)
  • Məhəmməd Füzuli (film, 1998) (sənədli film)
  • Terror (film, 1998) (sənədli film)
  • Mingəçevir (film, 1999) (sənədli film)
  • Ailə (film, 1999) (sənədli)
  • Bizim almanlar (film, 2000) (sənədli film)
  • 9 dəqiqə (film, 1999) (qısametrajlı sənədli film)
  • Torpaq (film, 2002) (cizgi filmi)
  • Məhəmmədhəsən Hacınski (film, 2003) (sənədli film)
  • Haray (film, 2004) (qısametrajlı sənədli film)
  • Xeyransa (film, 2004) (sənədli film)
  • Xınalıq (film, 2005) (sənədli film)
  • Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006) (qısametrajlı sənədli film)
  • Akademik (film, 2007) (sənədli film)
  • Dədələr yolu (film, 2009) (qısametrajlı sənədli film)
  • Nisgil (film, 2010) (qısametrajlı sənədli film)
  • Sirk səmasının cazibəsi (film, 2010) (qısametrajlı sənədli film)
  • Ulduzlar (film, 2010) (sənədli film)
  • Çapıqlı adam (film, 2011) (qısametrajlı sənədli film)
  • Babam və mən (film, 2012) (qısametrajlı sənədli film)
  • Tərk etmə məni (film, 2012) (sənədli film)
  • Zəlzələyə doğru (film, 2012) (sənədli film)

Redaktor kimi

  • Əndazədən çıxanda (film, 1988) (cizgi filmi)
  • Doğma sahillər (film, 1989) (tammetrajlı bədii film)
  • Sahilsiz gecə (film, 1989) (tammetrajlı bədii film)
  • Həqiqətin özü (film, 2008) (tammetrajlı sənədli film)

İstinadlar

redaktə
  1. ↑ ""Müasir Azərbaycan kinosu" çap olundu". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-21.
  2. ↑ İsayeva, R. "Babam və mən": Mansurovlar haqqında sənədli film: [eyniadlı film Aydın Dadaşovun quruluşunda] //Mədəniyyət.- 2012.- 23 may.-S.5.
  3. ↑ "Tərk etmə məni" filmi təqdim edilib: [görkəmli alim, həkim, bəstəkar, seleksiyaçı Mir Kazım Aslanlının 100 illiyinə həsr edilmiş eyniadlı sənədli film haqqında] //Mədəniyyət. — 2012.- 29 avqust.- S. 7.

Mənbə

redaktə
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 6.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aydın_Dadaşov&oldid=7555733"
LOVE.AZ