. Love.az

Ayvor Pauel - Wikipedia - Love.az

Ana Səhifə - Ayvor Pauel

Ayvor Pauel (5 iyul 1916 – 6 noyabr 2012) — Uels futbol mütəxəssisi

Ayvor Pauel
Ümumi məlumatlar
Tam adı ing. Ivor Verdun Powell
Doğum tarixi 5 iyul 1916
Doğum yeri Barqoyd, Uels
Vəfat tarixi 6 noyabr 2012 (96 yaşında)
Vətəndaşlığı
  •  Birləşmiş Krallıq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
???? Uels Barqoyd
Klub karyerası[* 1]
???? İngiltərə Barnet
1937—1948 İngiltərə Frankfurt 110 (2)
1948—1951 İngiltərə Aston Villa 79 (5)
1951 İngiltərə Port Veyl 6 (0)
1951—1952 Uels Barri Taun 13 (4)
1952—1954 İngiltərə Bredford Siti 83 (9)
Milli yığma[* 2]
1946—1950 Uels Uels 8 (0)
Məşqçisi olduğu klublar
1951 İngiltərə Port Veyl
1952—1955 İngiltərə Bredford Siti
1960—1963 İngiltərə Karlayl Yunayted
1964—196? İngiltərə Bat Siti
1963 Yunanıstan PAOK

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Dünyanın ən qoca futbol məşqçisi sayılan Ayvor Pauel İngiltərənin 6-cı liqasında çıxış edən "Tim Bat" komandasından 2010-cu ildə istefa verib. 93 yaşlı Pauel son illərini komandada baş məşqçi köməkçisi kimi keçirib.

O, oyunçu karyerası ərzində Uels millisində 14 dəfə forma geyinib və "Blekpul"un məşhur futbolçusu Stenli Metyuzla çiyin-çiyinə çıxış edib. Pauell 1950-ci ildən məşqçiliyə başlayıb. O, İngiltərənin bir neçə komandasına, həmçinin Yunanıstan PAOK-una rəhbərlik edib. Ümumilikdə, britaniyalı mütəxəssis 9000 futbolçunu hazırlayıb. Bat şəhər universitetini təmsil edən "Tim Bat"a isə Pauell 1973-cü ildə məşqçi təyin olunub. O, komandanı 2002-ci ildə İngiltərə Kubokunun əsas turnirinə çıxararaq, "Tim Bat"a 122 illik tarixi ərzində ilk belə uğuru qazandırıb.

Pauel dünyanın ən qoca məşqçisi kimi 2004-cü ildə Uelsin İdman Şöhrət Zalına, 2006-cı ildə isə Ginnesin rekordlar kitabına düşüb. O, 2008-ci ildə Britaniya İmperiyası ordeninin üzvü olub.

Mənbə

redaktə
  • Dünyanın ən qoca məşqçisi 93 yaşında istefa verdi Arxivləşdirilib 2010-05-30 at the Wayback Machine

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ayvor_Pauel&oldid=7291519"
LOVE.AZ