Azər Baxşəliyev (3 iyul 1985 – 5 yanvar 2025, ATU Tədris Cərrahiyyə Klinikası) — azərbaycanlı aktyor. O, Bozbash Pictures layihəsində canlandırdığı Ağsaqqal və Əzəmət obrazları ilə tanınırdı.
Azər Baxşəliyev | |
---|---|
![]() | |
Doğum tarixi | 3 iyul 1985(1985-07-03) |
Vəfat tarixi | 5 yanvar 2025(2025-01-05) (39 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Nigar Baxşəliyeva |
Uşağı | 1 |
Fəaliyyəti | aktyor |
Təhsili |
Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Aktyor Bozbash Picturesin Ağsaqqal və Əzəmət obrazları ilə tanınmağa başlamışdır. ATV telekanalında çalışıb. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib.[1]
O, böyrək çatışmazlığından əziyyət çəkirdi və uzun müddətdir ki, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.[2] 2025-ci il yanvarın 2-də koma vəziyyətində ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ardınca mediada ölüm xəbərləri yayılıb. Daha sonra bu xəbər təkzib olunub və onun hazırda reanimasiyada olduğu, müalicələrinin davam etdiyi bildirilib.[3] Daha sonra onun vəfat etdiyi müalicə olunduğu klinika tərəfindən mediaya təsdiqlənsə də,[4] yeni məlumatlarda ürək fəaliyyətinin bərpa edildiyi, süni tənəffüs aparatına qoşulduğu və vəziyyətinin həddən artıq ağır kritik olduğu bildirilib.[5] Yanvarın 5-də uzun sürən xəstəlikdən sonra vəfat edib. O, yanvarın 5-də "Qurd qapısı" qəbiristanlığında dəfn olunub. [6]
Memar Nigar Seyid ilə evli idi[7] və bir qız övladı var.[8]
Sovet maşınlarının modellərini yığmaq onun hobbisi idi.[1]