. Love.az

Azer Qaracenli - Wikipedia - Love.az

Ana Səhifə - Azer Qaracenli

Əliyev Azər Ağa oğlu (Azər Qaraçənli) (1973, Bakı) — azərbaycanlı jurnalist.

Azər Qaraçənli
Azər Ağa oğlu Əliyev
Doğum tarixi 1973
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Ağa Laçınlı
Milliyyəti azərbaycanlı
Fəaliyyəti jurnalist

Həyatı

redaktə

Azər Qaraçənli 1973-cü ildə Bakı şəhərində doğulub. 1990-cı ildə orta məktəbi, 1995-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsini bitirib. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1992–1993-cü illərdə rus dilindən etdiyi tərcümələrlə mətbuatda çıxış edib. 1993-cü ilin sonlarından jurnalistika sahəsində çalışır.

"Azadlıq" (1993–1995, 1998), "Yeni Müsavat" (1998–2000), "Avropa" (2000–2003) qəzetlərində işləyib.

2004-cü ildən "Mediaforum.az" saytının baş redaktorudur.

  • Şair Ağa Laçınlının oğludur.
  • Yazıçı Fəxri Uğurlunun qardaşıdır.

Məqalələri

redaktə
  • "Ay Laçın…", "Laçın yurdu" jurnalı, № 1(1), 2011, Bakı, "Elm və təhsil", 2011.

Həmçinin bax

redaktə
  • "Mediaforum.az"
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azər_Qaraçənli&oldid=6650278"
LOVE.AZ