Azərbaycan–Gürcüstan hərbi müdafiə sazişi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı iki respublika arasında qarşılıqlı müdafiə haqqında 1919-cu ilin iyunun 16-da Tiflisdə imzalanmış sənəd.[1][2]
Azərbaycan–Gürcüstan hərbi müdafiə sazişi | |
---|---|
İmzalanma tarixi | 16 iyun 1919 |
İmzalanma yeri | |
Tərəflər | Məmməd Yusif Cəfərov, Səməd bəy Mehmandarov, Süleyman bəy Sulkeviç, Yevgeni Gegeçkori, Noe Ramişvili[d], İlya Odişelidze[d], Aleksandr Gedevanişvili[d] |
Sazişi Azərbaycan tərəfdən xaric işlər naziri Məmməd Yusif Cəfərov, hərbi nazir Səməd bəy Mehmandarov, Baş Qərərgah rəisi general-leytenant Süleyman bəy Sulkeviç, Gürcüstan tərəfdən xarici işlər naziri Yevgeni Gegeçkori, hərbi nazir Noy Ramişvili, hərbi nazirin müavini general-mayor Aleksandr Gedevanov və general İlya Odişelidze 3 il müddətinə imzalamışdılar. Müqavilənin şərtləri belə idi:[2]
Sənədə əlavə olaraq, hərbi-texniki sazişin də imzalanması iki respublika arasında hərbi-texniki əməkdaşlığı genişləndirdi. Qonşu respublikadan mümkün olan hərbi texnikanın, vəsaitlərin, ərzağın alınması üçün hərbi nazirin əmri ilə xüsusi komissiya yaradıldı və ona rəhbərlik general-mayor Murad Gəray bəy Tlexasa həvalə olundu. Komissiyanın fəaliyyəti nəticəsində qısa müddətdə Gürcüstandan 12 ədəd dağ topu, dağ topları üçün 10 qutu partladıcı maddə, 3000 ədəd tüfəng, toplar və tüfənglər üçün xeyli sayda ehtiyat hissələr, 8 ədəd yüngül top, həmin toplar üçün 16 qutu partladıcı maddə, 4 min pud qənd, 12885 manat dəyərində dərman və tibb ləvazimatı, topoqrafiya əşyaları alınaraq Azərbaycana gətirildi. Qarşılıqlı əməkdaşlığın genişlənməsi ilə gürcüstanlı hərbi mütəxəsislər şimal sərhədlərinin, Abşeronun və Bakının müdafiə sistemlərinin yaradılmasına cəlb edildilər. Azərbaycan-Gürcüstan hərb müdafiə sazişinin yerinə yetirilməsini həmin sazişə əsasən yaradılmış hərbi şura təmin edirdi.[4]
Lakin bolşevik qoşunları Azərbaycanı işğal edərkən, Gürcüstan bolşeviklərlə separata danışığa gedərək, müqaviləylə öhtəsinə götürdüyü öhtəlikləri yerinə yetirmədi.[2]