. Love.az

Azerbaycan Livan Munasibetleri - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Livan Munasibetleri

Azərbaycan–Livan münasibətləri — Azərbaycan Respublikası ilə Livan Respublikası arasındakı müxtəlif sahələrdə mövcud ikitərəfli əlaqələr.

Azərbaycan–Livan münasibətləri
Azərbaycan və Livan
 Azərbaycan  Livan
Livandaki Azərbaycanin səfirliyi
Səfir Səməd Həsənov[1]

İkitərəfli münasibətlər

redaktə
  • 1972-ci ildə cənab Heydər Əliyev Livanda səfərdə olmuşdur.[2]
  • 1991-ci ilin 30 dekabrında Azərbaycan Respublikasının müstəqilliyi Livan Respublikası tərəfindən tanınmışdır.[2]
  • İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabr ayının 18-də qurulmuşdur.[3] Həmin tarixdə iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.[2]
  • 2014-cü ilin 20 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin 886 nömrəli Sərəncamı ilə cənab M.M.Əliyev AR-ın Livan Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılmışdır.[2]
  • 2015-ci ilin 5 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin 1435 nömrəli Sərəncamı ilə cənab Ağasəlim Şükürov AR-in Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.[2]
  • 2016-cı ilin 18 noyabr tarixində Azərbaycan Respublikasının Livan Respublikasındakı səfiri cənab A.Şükürov etimadnaməsini Livan Respublikasının Prezidenti general Mişel Auna təqdim etmişdir.[2]
  • 20-21 sentyabr 2018-ci il tarixlərindəAzərbaycan Parlamentinin 100 illik yubileyi münasibətilə keçirilmiş tədbirlərdə Livan Respublikasının Milli Assambleyasında Livan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti iştirak etmişdir.[2]
  • 27 sentyabr 2018-ci iltarixindəAzərbaycanRespublikasının Xarici İşlərnaziricənab Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Livan Respublikasının Xarici İşlər və Diaspor naziri cənab Cubran Basil iləgörüşmüşdür.[2]
  • 24-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Livan Xarici İşlər və Mühacirlər naziri Cubran Basilin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.[2]

Müqavilə və Hüquq bazası

redaktə

Azərbaycan Respublikası ilə Livan Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 4 sənəd imzalanmışdır.[2]

İstinadlar

redaktə
  1. ↑ "S.Ə. Həsənovun Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.
  2. ↑ 1 2 3 4 5 6 7 8 9 10 mfa.gov.az. "Livan". 2020-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-05. (az.)
  3. ↑ Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az  (az.)
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.


   Livan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan–Livan_münasibətləri&oldid=7724724"
LOVE.AZ