Azərbaycan–Qətər münasibətləri — Azərbaycan Respublikası ilə Qətər Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Qətər münasibətləri | |||||
---|---|---|---|---|---|
![]() | |||||
|
|||||
Azərbaycandaki Qətərin səfirliyi | |||||
Səfir | Faisal Abdullah Hamad Al- Hanzab | ||||
Ünvan | Bakı, Şamsi Rəhimov küçəsi, 37 | ||||
Qətərdəki Azərbaycanin səfirliyi | |||||
Səfir | Mahir Əliyev[rus.][1] | ||||
Ünvan | Doha, West Bay, Dafna, küçə 66, Saha 41 | ||||
Digər | |||||
Quruluş tarixi | 14 sentyabr 1994 | ||||
Dövriyyə | 0,006 mlrd doll. (2022) | ||||
![]() |
İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin sentyabr ayının 14-də qurulmuşdur[2].
2017-ci ilin avqust ayında Qətər Azərbaycan vətəndaşları üçün vizanı ləğv etmişdir[3]. Bundan sonra 30 günə qədər viza tələb edilmir[4].
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[5]. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Tahir Rzayev olmuşdur[6]. 4 mart 2016-cı il tarixindən də Tahir Rzayev işçi qrupunun rəhbəridir[5].
Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında diplomatik əlaqələrin yaradılmasından sonra iqtisadi sahədə də əməkdaşlığın əsası qoyulmuş və inkişaf etməyə başlamışdır.
2016-cı ilə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya yaradılmışdır. Komissiyanın birinci iclası 31 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasında keçirilmişdir.
Hökumətlərarası birgə komissiyaya Azərbaycan tərəfindən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Qətər tərəfindən isə Baş nazirin müavini və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani rəhbərlik edir.
Ölkələr arasında "Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş" və iqtisadi əməkdaşlıqla bağlı imzalanmış digər sənədlər ikitərəfli iqtisadi əlaqələrin əsas istiqamətlərini müəyyənləşdirmişdir.
İl | İxrac | İdxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[7] | 1 290,66 | 1 176,78 | 2 467,44 |
2021[8] | 1 490,43 | 147,48 | 1 637,91 |
2022[9] | 3 575,62 | 1 938,28 | 5 513,9 |
30 noyabr 2004-cü il tarixində Doha şəhərində "Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında Saziş", 27 fevral 2017-ci il tarixində isə "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanmışdır.
6–11 iyun 2009-cu il tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasında Qətər Mədəniyyət Günləri keçirilmişdir. Mədəniyyət, İncəsənət və İrs üzrə Qətər Milli Şurasının Baş katibi Mubarak bin Nasir Al Xəlifənin rəhbərliyi ilə mədəniyyət xadimləri və incəsənət təmsilçilərindən ibarət 58 nəfərlik Qətər nümayəndə heyəti qeyd edilən tədbirdə iştirak etmişdir.
1–4 iyun 2010-cu il tarixində Qətər Dövlətində ilk Azərbaycan Mədəniyyət Günləri təşkil edilmişdir. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi təqribən 150 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti Azərbaycan Mədəniyyət Günlərində iştirak etmək məqsədilə Qətərə səfər etmişdir.
Mədəniyyət Günləri çərçivəsində tamaşaçılara Azərbaycan Dövlət Xalq İnstrumental Musiqi və Rəqs Ansambllarının ifaları və Dövlət Akademik Opera və Balet Teatrı artistlərinin ifasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası təqdim edilmişdir.[10]
Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında 31 sənəd imzalanmışdır.
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Qətər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |